Rusiya bu dənizlərdə gecə-gündüz patrul xidməti aparır




Rusiya bu dənizlərdə gecə-gündüz patrul xidməti aparır
Rusiya işğalçılarının taktiki aviasiyası Qara və Azov dənizlərinin sularında və Ukrayna sərhədləri ətrafında gecə-gündüz patrul xidmətini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi Teleqram kanalı məlumat yayıb.

“Mayın 26-da düşmən aviasiyasının fəaliyyəti, ehtimal ki, hava şəraiti ilə əlaqədar bir qədər azaldı, lakin işğalçıların taktiki aviasiyası Qara və Azov dənizlərinin sularında və Ukrayna sərhədləri ətrafında gecə-gündüz patrul xidmətini davam etdirir. Müdafiə Qüvvələri üçün çətin vəziyyət Luqansk istiqamətində qalır. Rusiya ərazisindən işğalçıların təyyarələri tərəfindən müxtəlif növ raketlər ən çox buraya atılır. Onlardan biri olan X-59 “hava-yer” raketi Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən vurulub”, - məlumatda qeyd olunub.
Tarix: 27-05-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti