Belaruslar Ukraynadakı müharibədə iştiraka görə cinayət məsuliyyəti daşıyırlar



“Ukraynadakı münaqişədə iştirak edən və onu maliyyələşdirən belaruslar cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.
Bu barədə Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora ONT telekanalının efirində məlumat verib.
O, aparıcının xaricdəki belarus müxalifətçilərin ölkə vətəndaşlarını maliyyələşdirdikləri, daha sonra Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün göndərildikləri barədə bəyanatından sonra belə bir çıxış edib.
Qora qeyd edib ki, ölkə qanunvericiliyində bu cür qanunsuz əməllərə görə məsuliyyət nəzərdə tutulub.
Onun sözlərinə görə, Belarus öz vətəndaşlarına respublika hüdudlarından kənarda silahlı münaqişədə iştirak etmək üçün sanksiyalar verməyib.
“Bu, açıq şəkildə cinayət məsuliyyəti üçün əsasdır - həm maliyyələşdirmə, həm də iştirak”, - deyə o vurğulayıb.//Oxu.az
Tarix: 28-05-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti