Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"


Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"Ramzan Kadırov və Vladimir Putin

Çeçenistanda hökumət əleyhinə fəaliyyət göstərən 1ADAT qruplaşması son vaxtlar Çeçenistanın müxtəlif yerlərindən yüzlərlə insanın oğurlandığını iddia edib.

Bizimyol.info xəbər verir ki, "Yahoo News"un verdiyi məlumata görə, “Vayfond” insan haqları assosiasiyasının rəsmiləri bildiriblər ki, son vaxtlar Çeçenistanda insanlardan onların ukraynalılara qarşı zorla müharibəyə göndərildiyi barədə çoxlu xəbərlər alıblar. Çeçenistan tərəfindən “könüllü” olmağa məcbur edilənlər arasında əlillərin də olduğu iddia edilir.
Dünyadakı digər insan haqları qurumlarını təşvişə salan hadisə ilə bağlı "Vayfond" səlahiyyətliləri: "Onlar və ailələri təhdid edilir, sonra sənədləri imzalamağa məcbur edilir. Müharibə etmək istəməsələr belə, cəbhəyə göndərilirlər. Heç bir etiraza baxılmır və etiraz edənlər rəsmilər tərəfindən ya qəbul edilmir, ya da hədələnərək susdurulur", - deyə qeyd edib.
Dissident blogger İslam Belokiyev də onlarla təsdiqlənmiş adam oğurluğu hadisəsinə istinad edərək, qurbanların yalnız kiçik bir hissəsinin hüquq müdafiəçiləri ilə əlaqə saxlaya bildiklərini qeyd edib. Onun fikrincə hadisələr bu rəqəmlərin daha çox ola biləcəyini göstərir.
Rusiya prezidenti Putinin ən böyük dəstəkçilərindən biri olan Çeçenistan prezidenti Kadırov bazar ertəsi Polşanın Ukraynaya dəstəyini xatırladıb və ölkəni hərbi hücumla hədələyib. Bazar ertəsi paylaşdığı videomüraciətdə Kadırov deyib: “Ukrayna bitdi", - deyə qeyd edib.
Düşmənlərinə qarşı tez-tez "orta əsr" işgəncələrindən istifadə etməkdə günahlandırılan Kadırov Kreml liderinə sədaqətinə görə "Putinin heç vaxt olmayan oğlu" adlandırılır.
“The Times”ın ötən aylarda Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Vladimir Putinin Ukraynadakı mübarizəsinə və dəstəyinə görə Ramazan Kadırova general-leytenant rütbəsi verib.
Tarix: 28-05-2022, 22:59
Xəbəri paylaş





Xəbər lenti