Şri-Lanka Rusiyadan neft alıb



Ağır iqtisadi böhranla üzləşən Şri-lanka Rusiyadan xam neft alıb.
APA-nın xəbərinə görə, hökumət bu yolla ölkədəki yeganə neft emalı zavodunu işə salmaq istəyir.
Valyuta qıtlığına görə xam neft idxalı edilmədiyi üçün zavod martda istehsalı dayandırmışdı. Rusiyaya məxsus tanker apreldən Kolombo limanında gözləyirdi. Ötən gün 75 milyon dollar ödənildikdən sonra xam neftin boşaldılması başlayıb.
Tarix: 29-05-2022, 09:02
Xəbəri paylaş





Xəbər lenti