Lavrov: "Rusiyaya qarşı sanksiyalar çoxdan hazırlanıb və çətin ki, ləğv olunacaq"



Qərbin başlatdığı anti-Rusiya sanksiyaları çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “TF1” telekanalına müsahibəsində deyib.
“Siz dediniz ki, diplomatlar hər iki tərəfdən qovulur. Biz heç kəsi qovmamışıq. İsteriyaya bənzəyən bu sanksiyalar Qərbin təşəbbüsüdür. Onların tətbiq olunma sürəti və həcmi göstərir ki, bu bir gecədə hazırlanmayıb. Onlar çoxdan planlanıb. Çətin ki, bu sanksiyalar aradan qaldırılsın”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir deyib ki, sanksiyalar başa çatsa belə o bir müddət qüvvədə qalacaq. Onun sözlərinə görə belə bir açıqlama ABŞ-ın müttəfiqləri tərəfindən verilib.
Siam.az
Tarix: 30-05-2022, 08:20
Xəbəri paylaş





Xəbər lenti