Rusiyadan boru kəməri ilə neft tədarükü embarqoya düşməyəcək - Reuters


Rusiyadan boru kəməri ilə neft tədarükü embarqoya düşməyəcək - Reuters

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlayır. Məlum oldu ki, işğalçı ölkənin boru kəməri ilə neft tədarükü embarqoya düşməyə bilər.

Bİzimyol.info xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalara dair bəyanatının "Reuters"ə təqdim olunan sonuncu layihəsində deyilir.
Nəşrin yazdığına görə, Aİ liderləri sammitdə razılaşmalıdırlar ki, qarşıdan gələn sanksiyalar paketində Rusiya neftinin idxalına embarqonun qoyulması, lakin boru kəməri ilə xam neftin çatdırılmasını istisna etmək lazımdır.
"Avropa Şurası razılaşır ki, Rusiyaya qarşı sanksiyaların altıncı paketi xam neftə, o cümlədən boru kəməri ilə nəql olunan xam neft istisna olmaqla, Rusiya Federasiyasından Aİ-yə üzv dövlətlərə tədarük edilən neft məhsullarına şamil olunacaq", - deyə "Reuters" agentliyi layihəyə istinadən bildirir.
Aİ liderləri embarqonun bütün detalları ilə bağlı razılığa gələ bilməyiblər. Nəşr yazır ki, buna görə də onlar Rusiya Federasiyasına qarşı sanksiyalar paketinin yekun təsdiqini sonraya buraxacaqlar.
Prezident Aparatının rəhbəri Andriy Yermak Telegram-da bildirib ki, Aİ bu gün Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər:
"Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin sözlərinə görə, çətin danışıqlar olub, lakin qərarlar qəbul edilməlidir, o cümlədən Rusiya neftinə embarqo qoyulmalıdır. Aİ bu gün altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər", - deyə o bildirib.
Yermak onu da qeyd edib ki, Aİ-nin güclü mövqe nümayiş etdirməsi vacibdir, çünki Rusiyanın əsas məqsədi birliyi parçalamaq və ondan Avropa İttifaqının zəif tərəfi kimi istifadə etməkdir. O, buna yol verilməməli olduğunu vurğulayıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini, o cümlədən neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılmasını təqdim edib.
Eyni zamanda, Macarıstan hökuməti bildirib ki, Avropa İttifaqının Rusiya neftinin idxalına tam qadağa qoyması planı qənaətbəxş deyil, çünki bu, Macarıstanın enerji təhlükəsizliyini təhdid edir.
Bloomberg mənbələrinə görə, Aİ Rusiya Federasiyasına qarşı neft embarqosuna yenidən baxmağı və Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna, Çexiyaya 2024-cü ilin iyun ayına qədər Rusiya neftini almağa icazə verməyi təklif edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qeyd edib ki, Avropa İttifaqının bütün üzv ölkələrinin Rusiya Federasiyasına qarşı neft embarqosu ilə altıncı sanksiyalar paketinin tətbiqi barədə qərar qəbul etməməsi prezident Vladimir Putin üçün çox səxavətli hədiyyə olardı.
Mayın 11-də Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi ilə bağlı qərar qəbul edə bilməyib.
Öz növbəsində Hollandiyanın baş naziri Mark Rutte ölkəsinin Rusiya neftinə embarqonu dəstəkləməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sürətli qələbəsi ilə Ukraynanı ələ keçirə və dünyanın demokratik qüvvələrini parçalaya biləcəyini düşünürdü.
Tarix: 30-05-2022, 14:31
Xəbəri paylaş





Xəbər lenti