Bayden bir cibindən çıxarıb o biri cibinə qoydu: Zelenski 40 milyardın üzünü də görməyəcək


Bayden bir cibindən çıxarıb o biri cibinə qoydu: Zelenski 40 milyardın üzünü də görməyəcək 

“ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq hərbi və humanitar yardım göndərilməsini nəzərdə tutan qanunu imzalayıb. Kiyevin bu vəsaitdən necə istifadə edəcəyi maraq doğurur. Ancaq hər şey o qədər də sadə deyil. Ukrayna hakimiyyəti bu məbləğin 10%-dən çoxunu görməyəcək, qalanı isə başqa məqsədlər üçün sərf olunacaq. Üstəlik heç kim bu pulu bu gün və ya sabah, yəni bu qədər tez Ukraynaya köçürməyəcək”. 
Cebhe.info xəbər verir ki, bunu deyən rusiyalı professor Aleksandr Domrin vəsaitin ayrılmasıyla bağlı sənədi diqqətlə oxuyub və “Komsomolskaya pravda”ya şərh edib. 

O, “Bu 40 milyard nəyə gedəcək?” sualına  belə cavab verib:
- Qanun çox təəccüblüdür və pulun kimlər üçün nəzərdə tutulduğunu aydın şəkildə təsvir edilir. Belə ki 3,9 milyard dollar  ABŞ ordusuna Avropada yardım üçün ayrılıb. 
Həmin 40 milyarddan dərhal bu məbləği çıxırıq. Təbii ki, bu pullar heç biri Ukraynaya getməyəcək, yəni Kiyevdə görünməyəcək.
19 milyard dollar Ukraynaya hərbi yardım üçün nəzərdə tutulub. Bu, aşağıdakılardan ibarətdir:
6 milyard dollar  Ukrayna Silahlı Qüvvələrinin təlimi (əsgərlərin hazırlanması, avadanlıqların alınması və maddi-texniki təminat) üçün nəzərdə tutulub .Təlimatçılar amerikalıdır, silahlar Amerikaya məxsusdur, maddi-texniki dəstək ABŞ və NATO qüvvələri tərəfindən verilir.
Yəni Vaşinqton bu məbləği birbaşa öz fabriklərinə, bölmələrinə və mütəxəssislərinə köçürəcək. Zelenski bu məbləği də görməyəcək.
9 milyard dollar  ABŞ-ın silah ehtiyatlarının artırılmasına ayrılıb.Sənədin əvvəlki paraqrafında Pentaqon Ukraynaya silahlarını anbarlarından satırdı. İndi boşalan anbarlar doldurmaq lazımdır. Ukraynaya ayrıldığı deyilən 9 milyardı Vaşinqtonda qalacaq. Ukraynaya müstəqil alış üçün sadəcə 4 milyard dollar veriləcək. Bu, Ukrayna hakimiyyətinə veriləcək ilk tranşdır. 
Sənəddə üçüncü maddədə Ukrayna hökumətinə ümumi yardım olaraq16 milyard dolların verilməsi nəzərdə tutulur.
Bu məbləğ qlobal humanitar yardım və Ukraynadakı münaqişənin qlobal nəticələrini minimuma endirmək üçün beynəlxalq proqramlara ayrılacaq. Görünür, amerikalılar Ukraynadakı münaqişənin hansısa qlobal nəticələrinin olacağını güman edir və bu pulu beynəlxalq proqramlara ayırırlar. Nə demək istədiklərini dəqiqləşdirmirlər. Lakin bura daxildir:
5 milyard dollar qlobal ərzaq təhlükəsizliyi üçün ayrılacaq.
2 milyard dollar NATO müttəfiqlərinə uzunmüddətli dəstək və Müdafiə Nazirliyinin modernləşdirilməsi üçün veriləcək. Yəni Pentaqonu… Bu pul da ABŞ-dan kənara çıxmayacaq.
1 milyard dollar Avropadakı ukraynalı qaçqınlara kömək üçün ayrılacaq.
364 milyon dollar Ukraynadakı hərbi vəziyyətin öyrənilməsinə  sərf ediləcək. Bunu da Amerika İnstitutu özü araşdıracaq. İndiyə qədər bu tədqiqatların müəllifinin adı açıqlanmır, amma bir şey dəqiqdir, bu cür müqavilələr üçün "lazım olan" şirkət seçilir. Co Baydenin ailəsinin hansı korrupsiya qalmaqallarında iştirak etdiyini artıq görmüşük, ona görə də onların burada da əl atacaqlarına şübhə yoxdur. Bundan əlavə, ABŞ hökuməti ilə hər hansı müqavilənin 12%-nin inzibati xərclərə getdiyini nəzərə almalıyıq.
400 milyon dollar Rusiya Federasiyası hökumətinin Ukraynada törətdiyi hərbi cinayətlərinin, insanlığa qarşı cinayətlərin sənədləşdirilməsi və sübutlarının toplanmasına ayrılıb.
Məbləğin bir hissəsi ABŞ-ın digər departamentləri və nazirlikləri arasında paylanır. Məsələn:
- Dövlət Departamenti Ukrayna və qonşu ölkələrdəki səfirliklərin təhlükəsizliyini təşkil etmək, gücləndirmək üçün 110 milyon dollar alacaq. Bu vəsait birbaşa köçürüləcək.
- Rusiya oliqarxlarının əmlakını izləmək və tapmaq üçün Maliyyə Nazirliyi 52 milyon dollar alacaq. Yəni ABŞ Maliyyə Nazirliyi bu pulla rus oliqarxlarını ABŞ-da axtaracaq. Yəni bu bənddə Ukrayna sözü də yoxdur.
Beləliklə, mütəxəssis hesab edir ki, Ukraynaya getdiyi iddia edilən bu 40 milyard dolların böyük hissəsi ya ABŞ-da qalır, ya da müttəfiqlərin cibinə gedir.
Tarix: 30-05-2022, 23:19
Xəbəri paylaş





Xəbər lenti