Şoyqu Putinə məruzə etdi: “Luqansk vilayəti “azad” edildi”


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə qondarma “Luqansk Xalq Respublikası”nın ərazisinin “azad edilməsi” barədə məruzə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu Putinə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları nəticəsində “LXR-in xalq milisi” bölmələri ilə birlikdə Lisiçansk şəhəri və yaxınlıqdakı Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri üzərində tam nəzarət yaradılıb.

Son 24 saat ərzində “azad edilən” ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib.
Tarix: 3-07-2022, 17:13
Xəbəri paylaş





Xəbər lenti