Vaşinqtonun səbri daşdı: Türkiyənin bu qərarı...

 Türkiyənin Rusiya istehsalı olan S-400 raketlərini əldə etmək qərarı Vaşinqtonun səbrini daşıran son damla oldu.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Boris Dolqov deyib.
O bildirib ki, rahib Branson məsələsi sadəcə ABŞ üçün bəhanədir:
“Türkiyə önəmli NATO ölkəsidir. Çünki bura alyansın cənub nahiyəsidir. Yəni, Rusiya hərbi ekspansiyasının qarşısının alınmasında xüsusi rola malik cinahdır. Türkiyə bu mənada önəmli ölkə olmalı idi. Lakin olmadı”.
Tarix: 21-08-2018, 10:29
Xəbəri paylaş





Xəbər lenti