ŞOK: 2 yeni nazirimiz vəzifələrini itirə bilər - Limitlərini qısa müddətdə xərclədilər

 Son prezident seçkilərindən sonra nazir postuna təyin olunan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Kənd Təsərrüfatı naziri İnam Kərimov postlarını erkən itirə bilərlər. Bu barədə DİA.AZ-a bilgili qaynaq informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, hər iki yeni və gənc olan nazirimiz "yuxarıların" etimadını doğrultmayıblar.

Mənbə dia.az-a bildirir: "Bilin ki, bütün vəzifəli şəxslər, ələlxüsus da yüksək çinli məmurlar nəzarət altında olur. Ən azından 3 aylqı - 100 günlük müddət boyunca. Artıq həmin dönəm başa çatıb. Konkret olaraq, Sahil Babayev və İnam Kərimov onlara olan etimadı doğrulda bilməyiblətr. Bu, ciddi faktordur və bu səbəbdən hər iki nazirə istənilən an "əlvida" deyilə bilər. Təbii ki, onlar mövqelərində səbəbsiz deyillər. Amma elə bir məqam yetişə bilər ki, artıq vəzifədə qalmalarına səbəb olan nədənlər belə yetərli olmaya bilər".

Mənbə iddia edir ki, yaxın günlərdə hər iki nazirin 100 günü ilə bağlı yekun qərar veriləcək: "Bunu görəcəyik. Ola bilsin ki, görəvlərində qalsınlar, amma bu, onlara daha betər aqibət olacaq. Şünki artıq etimad limiti xərclənib və daima basqı altında olacaqlar".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Tarix: 21-08-2018, 23:40
Xəbəri paylaş





Xəbər lenti