Tramp Rusiyaya yönəlik sanksiyaları götürməyə razıdır – “Bir şərtlə ki…”

 Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyaya yönəlik sanksiyaların aradan götürülməsini bir şərtlə müzakirə etmək olar («Böyter»).
ABŞ lideri qeyd edib ki, yalnız bircə şərtlə – əgər Moskva Suriya və Ukrayna üzrə Vaşinqtonla əməkdaşlıq istiqamətində addımlar atarsa, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması imkanlarına baxmağa hazırdır.
Bundan əvvəl «Bloomberq» agentliyi Trampı anti-Rusiya sanksiyaları «dağıtmaq»da günahlandıran material dərc etmişdi. KİV-in məlumatına görə, Rusiyaya qarşı sanksiyalar onda çaş-baş salır ki, Rusiya Prezidenti Vladimir Putinə münasibətdə ABŞ Prezidentinin sözləri ilə davranışı kontrast təşkil edir.
Belə ki, Tramp əvvəlki kimi, Putinlə iyul ayında Helsinkidəki qapalı görüşü zamanı məhz nəyi müzakirə etdiyini açıqlamır. Həm də amerikalı lider ardıcıl olaraq ABŞ-ın mühüm Avropalı müttəfiqlərini qulaqardına vurur.
Nəşr qeyd edir ki, əgər Tramp Moskvaya yönəlik daha qətyyətli danışmasa, o zaman sanksiyalar Rusiyanın qarşısını almayacaq.
KİV-in məlumatına görə, Moskvaya qarşı durmaq üçün Vaşinqtonun sərəncamında çoxsaylı arqumentlər (üsullar) var. Məsələn, «Şimal axını-2», hələ Barak Obama administrasiyası dövründə tətbiq olunmuş sanksiyalar və Rusiya iqtisadiyyatını 10 faiz aşağı sala biləcək yeni məhdudiyyətlər və s.(«AzPolitika.info»)
Tarix: 22-08-2018, 13:38
Xəbəri paylaş





Xəbər lenti