“Bu siyasət bu dövlətə əsarət dolu illər vəd edir”


Sərdar Cəlaloğlu: “Paşinyan xalqı aldatmaq üçün hakimiyyətə gələn bir fiqurdur”




“Paşinyan xalqı aldatmaq üçün hakimiyyətə gəlmiş bir fiqurdur. Onun atdığı heç bir addımı ciddi, real addım kimi qiymətləndirmək olmaz”.

Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, Paşinyanın sərgilədiyi radikal mövqe, Ermənistana əsarət dolu illər vəd edir:

“Paşinyan Qarabağ məsələsində radikal mövqe sərgiləyirsə, bu, o deməkdir ki, o, Rusiyanın əsarətini qəbul edir. Çünki Qarabağ Ermənistanı Rusiya əsarətində saxlayan əsas amildir. Paşinyan Rusiyanın əsarətindən qurtulmaq istəyirsə, Qarabağdan imtina etməlidir. Açıq şəkildə xalqa deməlidir ki, Qarabağdan imtina etməliyik. Çünki Qarabağ bizi Rusiyanın əsarətində saxlayan bir vasitədir. Amma biz görürük ki,Paşinyan bu məsələdə daha çox irəli gedib, daha çox iddia ortaya qoyur. Bu isə Ermənistanın Rusiyanın əlaltısı olaraq qalmaqda davam edəcəyini göstərir”.

 

Seymur ƏLİYEV

Tarix: 22-08-2018, 16:36
Xəbəri paylaş





Xəbər lenti