İcra başçılarına qarşı cəza tədbirləri işə düşür - Kimlər işsiz qalacaq?

 "Azərbaycanın ən azı 50-yə yaxın rayon rəhbəri son bir ildən etibarən rayona bir manat belə investisiya cəlb edə bilməyib" Bu sözlər DİA.AZ-a rayon icra başçılarının hansı səbəblərdən "vurula biləcəyini" şərh edən məlumatlı mənbənin açıqlamasında yer alıb. Mənbə daha sonra bildirir:

"Düzdür, bəzi rayon rəhbərləri guya yuxarı dairələri aldatmaq istəyiblər. Onlar hətta pambıq əkini sahələrinin artırılması ilə bağlı tapşırıqlara da əməl edə bilməyiblər. Bu il isə həmin icra başçılarının çoxu əkin sahələrini artırmaqla yanaşı, 20 ildir əkillməyən dövlət fondunun torpaqlarını da şumlatdıraraq, pambıq əkdiriblər. Üstəlik, Əmlak Komitəsi ilə uzunmüddətli, yəni 10-99 illik icarə müqaviləsi bağlayaraq, 50-100 hektar yerdə heyvandarlıq və digər biznes sahələri ilə məşğul olan yerli adamların sahələri əllərindən alınıb. Bəzi icra başçıları həmin yerləri özlərinə yaxın adamların adına sənədləşdirərək, guya kənardan hansısa biznesmenin rayona gəlib, sərmayə qoyması görüntüsü yaratmağa çalışıblar. Əslində isə bu yerləri başçıların özlər əkdirib”.

"Dövləti belə "priyomlar”la aldadan rayon rəhbərlərinə qarşı ölçü götürüləcək" deyən mənvə dia.az-a bildirir:

"Ən azıona görə ki, torpağı əlindən alınan xeyli insan zərərə salınıb, üstəlik, bu əməlləri ilə heyvandarlıq sahəsinə də böyük zərbə vurulub. Təsadüfi deyil ki, hələ yay olmasına baxmayaraq, yerlərdə ətin qiyməti 25-30 faiz bahalaşıb. Yəqin bunları yuxarı dairələrdə də bilirlər”.

Məlumatlı şəxs əminliklə deyir ki, ilin sonuna qədər Zərdab, Yardımlı, Astara, Lerik, Lənkəran, Ucar, Quba, Kürdəmir, Ağdaş, Şamaxı, Ağstafa, Daşkəsən, Beyləqan,Bərdə həmçinin Bakının iki rayonunun icra başçısı ilə bağlı dəyişiklik ola bilər:

"Bu siyahıda çox kiçik dəyişikliklərin olması mümkündür. Ola bilsin ki, siyahı daha da genişlənsin”.
 
Tarix: 23-08-2018, 10:50
Xəbəri paylaş





Xəbər lenti