ƏRDOĞANIN ABŞ STRATEGİYASI ƏLEYHİNƏ “İSTANBUL KANALI” LAYİHƏSİ:bu layihənin qarşısını kimlər, necə kəsəcəklər? - ARAŞDIRMA



Stanislav Tarasov

regnum.ru

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “İstanbul” kanalı layihəsini elan edəndə aydın olub ki, Türkiyə yeni şəraitdə bir sıra ölkələrin 1936-da imzaladığı və buna uyğun olaraq beynəlxalq boğazlar rejiminin müəyyən edildiyi Montre Konvensiyası dönəminə qayıtmaq niyyətindədir.

Hazırda ayrıntılara varmadan, qeyd edək ki, dünya diplomatiyasının kəskin mübahisələr və Qara dənizdən Aralıq dənizinə strateji önəmli yola hansı ölkənin nəzarət etməli olduğuna nisbətdə ziddiyyətlərin müşayiət etdiyi çox böyük oyunu onun meydana çıxmasının önündə gedib.

Qeyd edək ki, Montredəki konfrans o zaman dünya siyasətinin mərkəzində olan Ankaranın təklifiylə çağırılmışdı. Buna görə də “İstanbul” kanalı layihəsinin indi anons edilməsi ona yönəlib ki, dünya siyasətində ağırçəkililik Türkiyəyə qaytarılsın, axı Qara və Mərmərə dənizləri arasında gəmiçilik kanalının hökmən hüquqi təminata ehtiyacı olacaq.

Və dərhal kəskin intriqa. Ankara bildirir ki, artıq cari, 2018-ci ildə layihənin əməli gerçəkləşdirilməsinə girişmək niyyətindədir. Ekspertlərin çoxu bununla bağlı bildirir ki, Türkiyə yeni boğaz inşa edərək geopolitik amil və layihənin iqtisadi məqsədəuyğunluğu kartlarını oynatmaqla su arteriyalarından istifadə şərtlərini də yeni şəkildə diktə edə bilər.

Habelə fikir var ki, Ankara, ümumiyyətlə, Bosforda gəmiçiliyi sıfıra endirə bilər. Türkiyə Montre konvensiyasının bəzi müddəalarına narazılığını əvvəllər dəfələrlə ifadə edib. O, indi ümumiyyətlə kanalın yeni beynəlxalq statusunu təklif edərək bu konvensiyanı ləğv edə bilər.

Rusiya şərqşünası Yevgeni Satanovskinin hesab etdiyi kimi, hadisələrin belə inkişaf ssenarisi halında “Montre konvensiyası ləğv olunacaq və boğazların statusu 1913-cü il vəziyyətinə qayıdacaq, tranzit isə Ankaranın əhvalından asılı olacaq”.

Bundan nəticə: “İstanbul” kanalının inşası təkcə Türkiyənin deyil, həm də beynəlxalq birliyin mənafeyinə toxunduğundan yeni nəqliyyat arteriyası üzrə gəmiçiliyin tənzimlənməsi haqda danışıqlara başlamağı tələb edir ki, dünyanın əlaqədar dövlətlərini yetərincə uzun müddət manipulyasiya etməyi sürdürməyə gözəl imkan qazanır.

Oyunun qiyməti – başlıca olaraq Qara dəniz hövzəsindəki hərbi-siyasi durumdur. Yada salaq ki, hazırda Montre konvensiyası Qara dənizdən kənar dövlətlərin hərbi gəmilərinin boğazlardan keçidinə məhdudiyyət qoyur. Yeni kanal Türkiyəyə istənilən hərbi gəminin, hər şeydən qabaq, NATO üzrə tərəfdaşlarının Qara dənizə girişini təmin edə və yaxud etməyə bilər.

Bununla yanaşı, “İstanbul” kanalı ancaq Türkiyə dövlətinin gücüylə salınacaqsa, o, açılışdan sonra Ankaranın idarəçiliyi altında olacaq.Bu, bölgədə geopolitik rolu gücləndirir, dünyanın aparıcı ölkələri və qonşu dövlətlərin yeni kanalın statusu və ondan istifadə qaydaları məsələsi üzrə  Türkiyədən danışıqlar tələb etdiyi bir vaxtda kozır kartlar verir.

Fikrimizcə, Ankara belə danışıqlara gedəcək və başqa yönlərdə xal toplayaraq danışıqlar prosesini maksimal uzadacaq. Qərb ekspertləri bununla yanaşı, Türkiyəyə əldə olan basqı rıçaqlarından istifadə ilə onunla danışıqlara mümkün qədər tez başlamağa çağırırlar.

İkinci vəzifə “İstanbul” kanalının iqtisadi effektini artırmaqdan ibarətdir. Amma hər şey ilk baxışdan görünə bildiyi qədər sadə deyil. Türkiyənin “Taraf” nəşri bu yaxınlarda məlumat verib ki, Tehran universiteti Xəzər dənizini Fars körfəziylə birləşdirəcək yeni gəmiçilik kanalının inşası üzrə layihə sənədlərinin hazırlanmasına başlayıb. Onu 2030-cu ilə başa çatdırmağı planlaşdırırlar. Nəticədə Xəzər dənizinə çıxan ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran – neft və qazı açıq dənizə nəql edə bilər. Hətta Rusiya hərbi gəmiləri Türkiyə boazlarına ehtiyac olmadan okeanlara çıxa bilər. Və boğazlardan keçən gəmilərin sayı azalsa, dünyanın iqtisadi mərkəzinin Sakit okean bölgəsinə keçdiyini nəzərə alsaq, “İstanbul” kanalı layihəsi “qulpsuz çamadan”a dönə bilər. Çətin ki, Türkiyə qüvvələrin bu cür paylaşmasından udsun, amma bu mövzu daha ətraflı araşdırma tələb edir.

 

“İstanbul” kanalı Rusiyaya sərf edirmi? 

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “İstanbul” kanalının inşasının başlandığını hələ 2018-ci ildə elan edərək təkcə Avropa deyil, həm də Avrasiya geopolitikasına tir uzadıb. Amma son dərəcə obyektiv olsaq, onda bu tiri əvvəllər Soçidə Avrasiya Ali İqtisadi Şurasında Qara dənizlə Xəzər arasında “Avrasiya” gəmiçilik kanalının inşası layihəsinə  qayıtmağı təklif edərkən Qazaxıstan prezidenti Nursultan Nazarbayev uzatmağa başlayıb.

2009-cu il noyabrın 3-də Türk Şurasında birləşmiş Türk dövlətlərinin bir çox ekspertləri bununla bağlı hələ XVI əsrdə yeni Qara dəniz-Xəzər gəmiçilik sistemi yaratmağı təklif etmiş Osmanlı sultanı II Səlimin layihəsinin praktik gerçəkləşmə imkanlarından danışmağa başlayıblar. Buna görə də  “İstanbul” və “Avrasiya” kanalları hər şeydən qabaq Avrasiya İqtisadi Birliyi və Çinlə müxtəlif kəsimli əməkdaşlığa çıxışla türk dövlətlərinin inteqrasiya proseslərini gücləndirməyə nəzərdə tutulmuş vahid kürəsəl geopolitik layihənin bir hissəsidir. Aydındır ki, bu cür ssenaridə Boğazlarda nəql yükü kəskin artır və “İstanbul”un inşası əsaslı olmasa da, heç olmasa, izah edilən xarakter alır. Həm də Xəzər dənizinin çəpərlədiyi  ölkələr dəniz dövlətləri sayıla bilərdi.

Burada məsələ hələlik bu layihənin gerçəkləşmə şanslarında deyil, daha çox artıq indi və ya ən yaxın gələcəkdə dünya siyasətində özünü başqa cür təqdim etməkdədir. Burada önəmli çalarlar var. Ərdoğan 2016-da “İstanbul” kanalı layihəsini həyata keçirmək hazırlığı haqda danışmağa başlayanda İrandan bir anda cavab gəldi. İran nüvə proqramı üzrə Vyana sənədləri imzalandıqdan sonra isə beynəlxalq sanksiyalar götürülməyə başlayanda Tehran 1997-ci ildən ABŞ sanksiyaları altında olan 700 km-lik Xəzər-Fars körfəzi Transiran kanalı layihəsinə qayıtmağı qət etdi. İran bildirdi ki, bu arteriya Bosfor-Dardanell-Süveyş kanalı və Qırmızı dəniz üzərindən nəqliyyat kommunikasiyalarına alternativdir.

İndi də coğrafiya baxımından Avropadan Rusiya, Qafqaz və İranla ayrılmış Türküstan haqda. 1990-dan bəri TRASEKA layihəsi çərçivəsində Cənubi Qafqaz üzərindən nəqliyyat kommunikasiyaları qurmağa bütün səylər uğur gətirməyib. Həm də təkcə mürəkkəb relyefli yerlər üzündən deyil. Vaşinqton əleyhinə çıxıb.

Bununla belə, bir çox ekspertlərin fikrincə, Çinin “Bir qurşaq, bir yol”layihəsinin gerçək şəkildə “İstanbul”, “Avrasiya” və ya Xəzər-Fars körfəzinə qoşulmasıyla onlar ətrafında söhbətlər, ya da diskussiyalar Asiyanın bölgə dövlətləri kimi öz dəyərlərini gücləndirmək imkanı əldə edən Ankara, Tehran və ya Astananın xarici siyasətində müəyyən irəliləyişi göstərərdi. Amma ABŞ-ın sanksiyalar rejimiylə yenidən gözümçıxdıya salınan İran hazırda susub.

“İstanbul” və “Avrasiya” kanallarının layihələrinə gəlincə, Amerikanın energetika və sabit inkişaf Mərkəzinin professoru Volkan Yedigerin hesab etdiyi kimi, Vaşinqton “Türkiyə daxil olmaqla bölgə ölkələrini boğmağa can atır (və yaxud can atacaq – S.T.), çünki bu layihələr Amerika strategiyası çərçivəsindən qırağa çıxır”.

Hər şeyə əsasən, ABŞ hiss edir ki, bu layihələrin yekununda baş verəcəklər geopolitik durumu onun xeyrinə dəyişməyəcək. Buna görə də güman etmək olar ki, amerikalılar strateji layihələrə badalaq qoymaq üçün, əvvəllər olduğu kimi, bölgədə daha bir qarışdırıcı dalğa törətməyə cəhd edəcəklər. Onlar Azərbaycanla inkişaf etmiş müttəfiqlik münasibətlərindən istifadə edərək, Əfqanıstan amili üzərindən Özbəkistan-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan xətləriylə oynamaq üçün müxtəlif imkanlar variantı yaradır. Ya da Vaşinqton Ankara və Astanayla fəal diplomatiya yoluyla hüquqi, iqtisadi və başqa qərarlar hazırlamaqla layihələrin “konsevrasiyası”na nail olmağa çalışacaq.

Qaldı ki Moskva və Tehrana, onlar Xəzər-Fars körfəzi layihəsini prinsipcə gerçəkləşdirə bilər. Heç olmasa,  bütünlükdə İranın ərazisindən keçəcəyinə görə. Və Şimali Atlantika, Baltika, Qara dəniz-Azov, Dunay və Volqa-Xəzər hövzələrindən Hind okeanı hövzəsinə ən qısa çıxışı təmin edəcək.

Bu da aydındır ki, “İstanbul” və “Avrasiya” kanalları və Xəzər-Fars körfəzi kanalı uzunluqlarına görə hər halda müxtəlif geopolitik yönə malikdir. İkinci Boğazlardan yan keçməyə yönlənib, başqa nəqliyyat logistikasına sahibdir və Ankaranı potensialca Rusiyaya, bir də xeyli dərəcədə Türkiyəyə yön almış Bakını da  bir çox geopolitik təsir rıçaqlarından məhrum edir. Habelə Qazaxıstanı türk qoşqusunu itirir.

Amma AnkaraAstana kartları hələlik ancaq açmağa başlayıb və şübhə yoxdur ki, bəyan etdikləri kanal layihələri tezliklə geniş müzakirə predmeti olacaq. Tarixdən məlumdur ki, bu bölgədə əvvəllər müxtəlif geopolitik ideyaların gerçəkləşdirilməsinə əsasən çoxunu iqtisadi çətinlik və inşaatın miqyası deyil, Qərbin bilərəkdən yaratdığı siyasi durumun dəyişilməsi mane olub.  Görək, bu dəfə nə olacaq?

Tərcümə Strateq.az-ındır.

Tarix: 23-08-2018, 15:40
Xəbəri paylaş





Xəbər lenti