“Mehriban Əliyeva Azərbaycanda yeni komanda üslubu yaradır”



Tofiq Abbasov: “Birinci Vitse-prezident müasirləşmə prosesinin önündə gedir”

Politoloq Tofiq Abbasov Bizim Yol-a açıqlamasında Mehriban xanım Əliyevanın fəaliyyətini şərh edib: “Mehriban Əliyeva siyasi aləmdə yeni sima deyil və iyirmi ildən artiqdir ki, olkənin qanunverici orqanında çoxşaxəli fəaliyyətini sistemli şəkildə davam etdirir. Diqqət çəkən odur ki, M.Əliyeva bütün məsələlərə innovativ yanaşmaqla qeyri-standart həll yollarını tətbiq edir. Zaman bütün sahələrdə islahatlara yeni yanaşma tələb edir. Hər işə yaradıcı yanaşdıqda dəyişikliklər dimanik şəkil alır və insanların marağına səbəb olur. Müsbət nümunələrin modernləşmə prosesində rolu böyükdür. Hazırkı dövr mütərəqqi informasiya texnologiyalarının məhsuludur. Bu da müasirlərimizdən innovativ düçşüncə tərzi tələb edir. Mehriban xanım Əliyevanın bu məqama xüsusi önəm verməsi çox mətləblərdən xəbər verir. Mehriban xanım müasirləşmə prosesinin önündə gedir; özü masir düşüncə tərzinə maik olmaqla həyata keçirdiyi layihələrdə də zamanı qabaqlayan qabaqcıl prinsip və tapıntılardan istifadə edir. Onun komandası da gənc, yüksək təhsilli, qabaqcıl düşüncəli mütəxəssislərdən təşkil olunub. Həmin gənclərin bir çoxu dünyanın məşhur universitetlərinin məzunlarıdır. Onlar yeni informasiya texnologiyalarını və idaretmə sistemlərini öyrəniblər. Mehriban Əliyevanın müasir düşüncəli, perspektivli mütəxəssislərə meydan verməsi strateji əhəmiyyətli təşəbbüsdür, bu da Azərbaycanda gündən-günə daha geniş vüsət alır.

Bu baxımdan Azərbayanın birinci xanımı eyni zamanda Prezident İlham Əliyevin silahdaşı olaraq milli islahat proqramının həmmüəllifinə çevrrilir; onu yeni Azərbaycanın qurulmasında dövlət rəhbərinə yardım göstərən memar adlandırsaq yerinə düşər”.

Politoloq deyib ki, uğurlu siyasətçinin əsas cəhətlərindən biri onun zamanın çağırışlarına cavab vermıəsidir: “Mehriban Əlyeva belə siyasətçilərdəndir. Onun fəaliyyət sahəsi çox genişdir. Həm ictimai-siyasi, həm dövlət idarəçiliyi, həm humanitar, sosial, mədəniyyət və başqa sahələrdə böyük işlər görür. Eyni zamanda o, Azərbaycanda yeni, mahiyyətcə fərqli komanda üslubunu yaradır ki, bu da çox önəmlidir. Ən önəmlisi də Mehriban Əliyeva bir yerdə dayanıb durmağı qəbul etmir, öz fəaliyyət sferasını daim genişləndirir. Onun anlamında zamanın tələbinə ən münasib cavab düşünülmüş hərəkətdən ibarətdir. Bu, onun cəmiyyətə ən mühüm mesajıdır”.

Tanınmış bloger Saleh Nəsirov da bu fikirdədir ki, cəmiyyətin inkişafı məhz təhsilli, savadlı, müstəqil və güclü qadınlardan asılıdır: “Çünki qadın ilk növbədə anadır və o oğlan uşağını böyüdəndə Kişi, qız uşağını böyüdəndə isə Nəsil yetişdirir. Azərbaycan xanımları Birinci xanım kimi təhsilli, savadlı, güclü, müstəqil və mehriban olsalar, cəmiyyətimiz də tez inkişaf edər”.

Saleh Nəsirov deyir ki, Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondunun xarici siyasəti çox güclü düşünülmüş və vacib layihələrə imza ataraq ölkənin tanıtımında, müsbət imicinin formalaşmasında və xarici əlaqələrin möhkəmlənməsində öz əvəzsiz töfhəsini verməkdədir. Fondun daxili siyasəti də göz qabağındadır; onun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyi, – inşa və əsaslı təmir edilən məktəblər, baxçalar, internat evləri, mədəniyyət abidələri, muzeylər, məscidlər və sair, hər il Bakıda və Gəncədə keçirilən marafonlar və digər idman oyunları, – Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan uşaq festivalları, idman və incəsənət dərnəkləri, digər əyləncələr.
Bu hələ təkcə mənim yaddaşımda bu dəqiqəyə olanlardı. Bir az araşdırma etsək, görərik ki, siyahı çox uzundur”.

Blogger onu da deyib ki, Birinci xanımın ölkənin sosial-siyasi arenasına gəlişilə müəyyən dəyişikliklər hiss olunur: “Ümid edirəm ki, o öz yeni, gənc, güclü və perspektivli komandası ilə ölkəyə və xalqa çoxlu töhfə verəcək. Çox istərdim Azərbaycanda Birinci xanımın icra aparatı nəzdində peşakar və təcrübəli sosial, siyasi ekspertlərdən, sosial İşçilərdən ibarət Sosial İslahatlar İnstitutu yaradılsın. Nəticədə ölkənin sosial inkişafı üçün mühüm və ciddi addımlar atılar, təkliflər irəli sürülər, mövcud qanunverciliyə dəyişikliklər olar və yeni qanunlar qəbul olunar”


Tarix: 26-08-2018, 15:34
Xəbəri paylaş





Xəbər lenti