Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında ayaqüstü söhbət olub


MDB-yə üzv olan ölkə liderlərinin Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Şura toplantısında Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ayaqüstü qısa söhbət olub.

Ölkə rəhbərlərinin görüşü başlamazdan öncə müştərək fotoşəkil çəkdirmə mərasimi keçirilib.

Bundan sonra prezident İlham Əliyev və Nikol Paşinyan videokameralar önündə birgə addımlayaraq qısa müddət söhbət ediblər.

Musavat.com erməni mediasına isitnadən xəbər verir ki, bu barədə Nikol Paşinyan özünün Facebook səhifəsində də yazıb. Ermənistan baş naziri söhbətlə bağlı İrəvana dönüşündə ətraflı məlumat verəcəyini bildirib.



Tarix: 28-09-2018, 16:47
Xəbəri paylaş





Xəbər lenti