Ya yeni adla “NATO və AB perspektivi”, ya da “Moskva”...


Rusiya Balkanlarda daha bir ölkəni əlindən qaçırır

Makedoniyanın paytaxtı Skopye hava limanı bu günlərdə görünməmiş dərəcədə diplomatik aviareys qəbul edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bir həftə ərzində ölkəni NATO baş katibi, Avropa Birliyinin demək olar ki, bütün rəhbərliyi, Almaniya və Avstriya kanslerləri, ABŞ və İtaliyanın müdafiə nazirləri və bir çox yüksək rütbəli vəzifəli şəxslər ziyarət ediblər.

Onların hamısı Makedoniya xalqını bu gün keçirilən referendumda hökumətin layihəsinə səs verməyə çağırıblar.

Əslində isə makedoniyalılar Yunanıstanla bu ilin iyununda imzalanan sazişi təsdiq etməlidirlər. Buna görə keçmiş Yuqosalviya ölkəsi öz adını “Şimali Makedoniya Respublikası” olaraq dəyişdirməlidir.

Elə referendum bülletenində də sual məhz bu cür qoyulub: “Siz ölkənin Yunanıstanla imzalanan sazişi qəbul etməklə Avropa Birliyi və NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi”. Yeri gəlmişkən sazişə görə, Skopye hava limanının adı da (“Böyük İsgəndər”) dəyişdirilməlidir.

Qeyd etmək lazımdır ki, referenduma qatı surətdə qarşı çıxan Rusiya Federasiyasının nümayəndələri Skopyedə gözə dəyməyiblər. Moskva daxildə dəstəklədyi partiyalar vasitəsilə vəziyyətə təsir etməyə çalışır. Referendüm öncəsi rusiyayönümlü siyasəti ilə bilinən “Vahid Makedoniya” partiyası və onun  lideri Yank Baçev hətta Rusiya bayrağını başının üstündə fırlatmaqdan çəkinməyib.

Yunanıstanla bağlanan sazişin memarlarından, həmçinin ölkənin Avropa Birliyi və NATO-ya inteqrasiyasına çalışan Makedoniyanın baş naziri  Zoran Zayev ölkədə fəaliyyət göstərən rusiyapərəst bir biznesmenin bəzi qruplara referendum öncəsi iğtişaşlar törədilməsi üçün 20 min dollar pul verdiyini bəyan edib.

Siyasi müşahidəçilər referendumun hökumətin istədiyi kimi nəticələnəcəyinə şübhə etmirlər. Lakin hakimiyyətin əsas qorxusu kvorumla bağlıdır . Belə ki, qanunvericiliyə əsasən, xalq səsverməsində ölkə əhalisinin 50%-dən çoxu iştirak etməlidir. Moskvaya yaxın siyasi qüvvələr də strategiyalarını məhz referendumun boykot edilməsi üzərində qurublar.


Tarix: 30-09-2018, 14:06
Xəbəri paylaş





Xəbər lenti