Paşinyan: "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq"


Paşinyan: "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq"

Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta müşahidəçi kimi də, olmayacaq - Ermənistan buna imkan verməz.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda Respublika partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.

Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır.

"Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya hətta müşahidəçi olsun", - Paşinyan bildirib.

O, əlavə edib ki, Azərbaycanın KTMT-yə inteqrasiyası haqda istənilən danışıqların heç bir əsası yoxdur.

Tarix: 4-10-2018, 07:51
Xəbəri paylaş





Xəbər lenti