“Minsk qrupunun fəaliyyəti lağ obyektinə çevrilib”


Tofiq Zülfüqarov: “İctimaiyyət bundan zarafatla, qeyri-ciddi bir şey kimi bəhs edir”




Qarabağ probleminin diplomatik yolla həlli ilə bağl səylərin səmərəsizliyi, uzun illər aparılan danışıqlara rəğmən münaqişənin həlli ilə bağlı az-çox əhəmiyyətli irəliləyişin əldə edilməməsi Minsk qrupuna yönəlik tənqidi fikirlərin sayını artırmaqdadır.

 Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov artıq xalqda Minsk qrupuna, onun fəaliyyətinə qeyri-ciddi münasibətin formalaşdığını vurğuladı:

“Azərbaycan ictimaiyyətində Minsk qrupunun fəaliyyəti ilə bağlı tənqidi bir mövqe formalaşmaqdadır. Ən dəhşətlisi isə odur ki, bu tənqidi mövqe zarafat predmetinə çevrilib. Ictimaiyyət Minsk qrupunun fəaliyyətindən hər hansı nəticə gözləmir. Bunu örmək ,müşahidə etmək çətin deyil. Camaat Minsk qrupunun fəaliyyətini lağ obyektinə çevirib, bu haqda ancaq qeyri-ciddi bir şey kimi danışır. Hesab edirəm ki, xalqın bu münasibəti Minsk qrupunun fəaliyyətinə verilən ən obyektiv qiymətdir”.(Moderator.az)

 


Tarix: 4-10-2018, 08:36
Xəbəri paylaş





Xəbər lenti