Putinin Bakı təşrifinin sirr pərdəsi qalxır...



 

Cüdro üzrə dünya çempionatına təşrif buyuran Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin əsl fəlsəfəsi haqda məhdud informasiyalar var. Anaxeber.İnfo-nun Analitik Mərkəzinin yaydığı xəbərə görə, Kreml liderinin Azərbaycana gəlişi, ondan əvvəl Soçiyə prezident İlham Əliyevi dəvət etməsi, Bişkekdəki MDB sammitində isə erməni baş nazir Nikol Paşinyandan daha çox İlham Əliyevə isti münasibət göstərməsi Yerevanı təklənmiş vəziyyətdə nələr gözlədiyini göstərməkdir.
Putin tezliklə Ermənistanda ya ipə-sapa yatan hakimiyyət qurulmasını, ya da Paşinyanı ram etməyə, sözə qulaq asan olmağa çalışır. Moskvanın Bakı ilə son dövrlərdə yaxınlaşmasının bəndlərindən biri bundan ibarətdir, lakin sonuncu faktor deyil.
Analitik Sergey Markedonov rus mediasında çıxan məqaləsində yazır ki, Rusiya prezidenti və digər yüksək vəzifəli rəsmilərin Azərbaycana baş tutan səfərləri nəinki bu ölkələrin ikitərəfli münasibətləri kontekstində diqqət çəkir, adətən, onlar Ermənistana baş tutan analoji səfərlərlə müqayisədə nəzərdən keçirilir. 
Rus politoloqun fikrincə, sentyabrda Putin və Əliyev iki dəfə görüşüb. İlk baxışda, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya dövlət başçısının diqqətsizliyindən şikayətlənməsi çətindir. 
Baş nazir postuna təyin edildikdən sonra Paşinyan rusiyalı liderlə üç dəfə. Moskvada son səfərin yekunlarına dair Putinin İrəvana səfəri barədə razılıq əldə edilib. Lakin hələlik konkret tarix bildirilmir, Rusiya prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə keçirilən MDB ölkələrinin sammitində baş tutan görüşündə isə bu mövzu müzakirə edilməyib.
Ermənistandakı daxili siyasi dəyişikliklər Moskvanın narahatlığına səbəb olur. Rusiya xarici işlər naziri Sergey Lavrov da oxşar mövqe sərgiləyib. Azərbaycan istiqamətində isə son vaxtlar heç bir “narahatlıq” gözə çarpmır. Əksinə, Moskva və Bakı ikitərəfli iqtisadi münasibətlərdə müsbət irəliləyişi qeyd edir və Xəzərin statusu haqqında Konvensiyanın imzalanması kimi ümumi uğur hekayəsindən bəhs edirlər. 
Anaxeber.İnfo yazır ki, formal olaraq Vladimir Putin Bakıya Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək və cüdo üzrə dünya çempionatının final mərhələsini izləmək üçün gəlmişdi. Lakin bağlı qapılar arxasında o, İlham Əliyevlə hərbi-texniki əməkdaşlıq, KTMT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzularını müzakirə edib.
Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında İlham Əliyev belə bir rəqəm səsləndirmişdi: “Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bu rəqəm artacaq”. Yerevan qısqanclıqla Putinin Bakıya səfərini izləyir və Əliyevlə Rusiya prezidentinin pərdəarxası danışıqlarının yekunlarını öyrənməyə can atır. 
Nikol Paşinyan sentyabrın 8-də Putinlə danışıqlar aparıb və onu Yerevana rəsmi səfərə dəvət edib. Kreml bu səfərin dəqiq tarixini bildirməyə söz verib. Markedonovun şərhlərinə görə, Soçi və Bakı danışıqlarının gündəliyinə nəzər yetirməmiz və Dağlıq Qarabağ mövzusunun bu görüşlərdə əsas yer tutmadığını qeydə almağımız kifayətdir. 
Üstəlik, münaqişənin həllinin tezləşdirilməsinə, danışıqların sürətləndirilməsinə dair hər hansı müraciət edilməyib, konkret plan təklif edilməyib, müzakirə olunmayıb. Əksinə, sosial-iqtisadi süjetlərin üstünlüyü göz qabağındadır.
Dağlıq Qarabağ mövzusuna toxunmamaq təsadüfi deyil. Çox vaxt Rusiya-Azərbaycan, eləcə də Rusiya-Ermənistan münasibətlərinin gətirildiyi bu mövzunun dar çərçivəsindən çıxmaq Moskva üçün çox vacibdir. Bakıda Moskvanı necə qiymətləndirirlərsə qiymətləndirsinlər, iki ölkənin gələcək yaxınlığına mane olacaq çox məsələ var. Və burada söhbət ayrı-ayrı görüşlərdən, danışıqlardan deyil, strategiyadan gedir. 
Azərbaycanın xarici siyasi kursu, prinsipcə, maraqların balansına və inteqrasiya layihələrinə sərt bağlılıqdan imtinaya əsaslanıb. Bakıda ikitərəfli münasibətlər modelinə üstünlük verilir. Belə bir model nəinki Rusiya, ilk növbədə Türkiyə, habelə İran, İsrail və ABŞ nümunəsində də özünü doğruldub. Yuxarıda qeyd edilən ölkələr arasında münasibətlər kifayət qədər mürəkkəb olsa da, onların hamısı Azərbaycana, Azərbaycan da onlara maraq göstərir. 
Çətin ki, bu xətti nəyləsə sındırmaq mümkün olsun. Ona görə Bakı “əsrin müqaviləsini” və Qərbin enerji nəhəngləri ilə strateji tərəfdaşlığını yenidən nəzərdən keçirməyəcək, eyni zamanda “qoşulmamaq” kursundan imtina etməyəcək...
Anaxeber.İnfo
Tarix: 4-10-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti