Makronun Azərbaycan səfəri: Qarabağ müzakirəsi və 500 milyonluq müqavilə


Makronun Azərbaycan səfəri: Qarabağ müzakirəsi və 500 milyonluq müqavilə

Fransa prezidenti Emmanuel Makron gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. 

Cebhe.info-nun məlumatına görə, bu xəbəri Fransanın "La Tribune" qəzeti yayıb. Emmanuel Makron Fankofoniya sammitində iştirak etmək üçün Bakıdan İrəvana yola düşəcək. Fransa prezidentinin Ermənistana səfər proqramı  oktyabrın 11-12-ə planlaşdırılır. 

"La Tribune"nun verdiyi məlumata görə, E.Makron Bakıda  Dağlıq Qarabağ probleminin nizamlanması məsələsini müzakirə edəcək və dəniz- patrul gəmilərinin Azərbaycana satılmasına dair hərbi-texniki saziş imzalanacaq. 

Azərbaycan Fransadan 3 ədəd "Naval Group" patrul gəmisinin (Gowind, Adroit "OPV 90") alınmasına maraq göstərir. Həmin gəmilər Bakı Gəmiqayırma Zavodunda yığılacaq. Müqavilə 400-500 milyon avro qiymətləndirilir. 


Tarix: 6-10-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti