ABŞ yeni dünya yaradır


ABŞ yeni dünya yaradır

Ağ Ev bütün ölkələrlə əlaqələrini dəyişəcək

ABŞ Mübahisəli məsələlər haqqında Vyana Konvensiyasının fakültətiv protokolundan çıxıb. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib. Onun sözlərinə görə, Prezident Donald Tramp bu addımı ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Fələstinin şikayətinə cavab olaraq atıb: "ABŞ ünvanına deyilən yersiz siyasi iddialar qarşısında susmaq niyyətində deyil. ABŞ Vyana Konvensiyasından çıxmağa hazırlaşmır. Biz konvensiyanın bütün iştirakçılarını üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, Vyana Konvensiyası diplomatik hüquq sahəsində beynəlxalq müqavilələrin əsaslarındandır. Bu sənəd Avstriyanın paytaxtı Vyanda 1961-ci il martın 2-dən aprelin 14-dək keçirilən müzakirələr nəticəsində qəbul edilib. Konvensiya 53 maddə də daxil olmaqla, iki fakültətiv protokoldan ibarətdir.

Protokollardan biri diplomatik nümayəndəliklərin, diplomatların ailə üzvlərinin və onlarla yaşayan insanların vətəndaşlıq əldə etməsi, digəri isə mübahisəli məsələlərin Beynəlxalq Məhkəməyə çıxarılmasını nəzərdə tutur

Xatırladaq ki, bu qərardan bir gün öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla 1955-ci ildə imzalanmış “Dostluq, İqtisadi münasibətlər və Konsulluq Hüququ” haqqında müqaviləni ləğv edib. 

Ümumiyyətlə isə, Donald Trampın prezident seçilməsindən sonra beynəlxalq sazişlərdən birtərəfli qaydada çıxmaq ABŞ-ın xarici siyasət kursunun əsas vasitələrindən birinə çevrilib. Son günlər rəsmi Vaşinqton İran və Fələstinin iddiaları ilə əlaqədar Beynəlxalq Məhkəmənin qərarlarına riayət etməmək üçün bir anda iki müqavilədən geri çəkilib. Bununla da Tramp administrasiyası ABŞ-a qarşı qaldırılmış iki iddiadan yayınmağa çalışır. Həmin ittihamlar İrana qarşı sanksiyaların tərkib hissəsi kimi humanitar yardımların dayandırılmasına Tehranın, eyni zamanda Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasına Fələsin hökumətinin etirazı ilə bağlıdır. Ekspertlərin rəyinə görə, imzalanmış öhdəliklərin yerinə yetirilməsindən imtina ABŞ-ın 28-ci prezidenti Vudro Vilsondan başlayaraq, onun siyasi xələflərinin bir siyasi ənənələrinə çevrilib. 

Donald Tramp da hələ 2016-cı ildə özünün prezident seçkiləri kampaniyası dövründə ABŞ-ı İqlim Dəyişikliyi ilə bağlı Paris Müqaviləsindən, Sakit Okean Hövzəsi Əməkdaşlığına dair Sazişdən və Azad Ticarət Zonası Sazişindən (NAFTA) çıxaracağını vəd etmişdi. Tramp birinci iki öhdəliyi artıq yerinə yetirib. Ancaq NAFTA Tramp administrasiyasının təzyiqi altında ABŞ üçün əlverişli şərtlərlə yenidən işlənib. Bundan başqa, ABŞ prezidenti 2018-ci ilin may ayında İranın Nüvə Proqramına dair

2015-ci ildə Vyanada imzalanmış Geniş və Hərətərfli Öhdəliklərə dair Sazişdən çıxmaq barədə fərman verib. 

Məsələni şərh edən Moskva Dövlət Universitetinin Franklin Ruzvelt adına Tədqiqat Fondunun direktoru Yuri Roqulyovun sözlərinə görə, Vaşinqton özünün beynəlxalq öhdəliklərinə münasibətdə iki fundamental hüququ dəstəkləyir. 

Birincisi, qlobal dominantlığını qoruyub saxlamaq, ikincisi, milli maraqlarını müdafiə etmək. Bu baxımdan, Birləşmiş Ştatlar özü də beynəlxalq hüququn vacib normalarını nəzərə almır.

“Birləşmiş Ştatların beynəlxalq müqavilələri yenidən nəzərdən keçirməsinə, beynəlxalq məhkəmələrə cavab verməkdən imtina etməsinə BMT Təhlükəsizlik Şurasından yan keçməklə müharibələrə başlamasına dair onlarla misal gətirmək olar. Görünür, bu Trampın dövründə adət halını alıb. Ancaq belə deyil. Bu, Ağ Evin qonaqlarının müşahidə etdiyi siyasi ənənənin bir hissəsidir”-Roqulyov belə deyib. Politoloqun sözlərinə görə, ABŞ-ın beynəlxalq hüquqa münasibətinə açıq misal kimi Trampın və daimi nümayəndə Niki Heylinin BMT-nin ünvanına səsləndirdiyi son təhdidləri göstərmək olar. 

Hətta Vaşinqtonun Ağ Evin rəhbərinin hazırkı üstünlüklərindən yararlanmaq üçün beynəlxalq müqavilələrdən çəkilməyə hazır olduğu bildirilir. Xüsusilə də Tramp Barak Obamanın ABŞ-ın xarici siyasətinin qələbəsi adlandırdığı İranın nüvə proqramına dair razılaşmadan qıcıqlandığını gizlətməyib. Ona görə də ABŞ-ın 45-ci prezidenti Barak Obamanın Fələstinə qarşı həddindən artıq göstərdiyi xeyirxahlığı sıxdı”-deyən Roqulyov ABŞ-ın bu zaman öz dövlət maraqlarına üstünlük verdiyini qeyd edir.
Ekspertlərin fikrincə, ABŞ-ın beynəlxalq müqavilələrə hörmətsiz münasibətinin tarixi demək olar ki, 100 ildir davam edir. 

Qeyd edildiyi kimi, bu proses ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun dövründən başlanır. Prezident Vilson Müttəfiqlər və Kayzer Almaniyası arasında Versal sülh müqaviləsinin memarlarından biri sayılır. Vilson bəyan edib ki, bu müqavilənin imzalanması dövlətləri Amerikanı dünyanın xilaskarı kimi tanımağa məcbur edəcək. ABŞ-ın Versal müqaviləsində iştirakı konqres üzvü olan ölkələrin güclü müqaviməti ilə qarşılandı. Nəticədə, Vaşinqton müqaviləni ratifikasiya etmədi. Vilsonun Amerika parlamenti ilə fikir ayrılığı ABŞ-ın 1921-ci ildə Almaniya ilə rəsmi müharibə həddinə çatdı və Avstriya-Macarıstan İmperiyası öz mövcudluğunu dayandırdı.
1996-cı ildə 166 dövlət BMT Baş Assambleyasında “Nüvə Sınaqlarının Qadağan Olunmasına Dair” sənədi qəbul edib. Bu müqaviləni indiyə qədər 8 ölkə ratifikasiya etməyib ki, onlardan biri də ABŞ-dır. 

1997-ci ildə prezident Bill Klinton qlobal iqlim dəyişikliyi əleyhinə Kioto protokolunu imzalayıb. 2000-ci ildə prezident seçilən Corc Buş iqlim dəyişikliyi məsələsinə çox ciddi yanaşdığını bəyan edib. Buna baxmayaraq, o özü Kioto protokolunun şərtlərini ABŞ iqtisadiyyatı üçün zərəli hesab edərək sənədi imzalamaqdan imtina edib.
Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statusu haqqında müqavilə 1998-ci ildə təsis edilib. 42-ci prezident Bill Klinton həmin sənədi 2000-ci ildə imzalasa da, ratifikasiya olunmaq üçün Konqresə göndərməyib. 43-cü prezident Corc Buş isə ABŞ-ın məhkəmə işində iştirak etmək istəmədiyini deyib. 

Artıq sözügedən siyasi ənənə D.Trampın hakimiyyətə gəlişindən sonra daha fəal şəkil alıb. Ona görə də yaxın gələcəkdə ABŞ-la digər dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlər sistemində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. (Cebhe.info)


Tarix: 7-10-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti