“Türkiyənin ABŞ-dan müəyyən gözləntiləri var, amma...”


Elxan Şahinoğlu: “Görünən odur ki, Tramp münasibətləri normallaşdırmağa hazır deyil”




Türkiyənin casusluqda ittiham etdiyi Bransonu azad etməsindən sonra, ABŞ prezidenti Donalda Trmapın ortaya qoyduğu mövqe ciddi təəccüb və narahatlığa səbəb olub. Belə ki, Trampın məsələ ilə bağlı verdiyi açıqlamadan belə anlaşılıb ki, ABŞ hətta bundan sonra da Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları ortadan qaldırmaq fikrində deyil.

Trampın bu davranışı ikitərəfli münasibətlərin gələcəyinə nə vəd edir? Doğrudanmı türkiyə Bransonun azad edilməsi müqabilində heç bir güzəşt əldə etməyəcək?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Trampın məlum davranışının arzuedlən olmaıdığını vurğuladı:

“Tramp daxili auditoriyaya işləyir. Noyabrda konqresə seçkilər olacaq. Tramp, öz partiyasının nümayəndələrinin konqresdə çoxluq qazanmasını istəyir. Ola bilsin ki, Tramp düşünür ki, Bransonun qarşısılığında Türkiyəyə hansısa güzəştlərə getsə, bu, onun zəifliyi kimi qiymətləndirilə bilər. 
Təbii ki, Türkiyə haqlı olaraq Bransonun azad edilməsi qarşılığında ABŞ-dan müəyyən addımlar gözləyir. Ortada Fətullah Güləndən tutmuş Rza Zərraba, ABŞ-ın Suriyadakı PKK-ya dəstəyinə qədər bir çox məsələsi var. 

Trampın sosial şəbəkədə səsləndiridyi fikirlər isə göstərir ki, o, Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır deyil. Bu baxımdan çox güman ki, sanksiyalar davam edəcək. 
Ancaq o da mümkündür ki, Trampın açıqlamalarına baxmayaraq, Amrika hansısa istiqamətdə öz siyasətini korrektə etsin. 

Dünən Branson buraxıldığı saatlarlda Ərdoğan da vacib açıqlamalar verdi. Bildirdi ki, Membiclə bağlı irəliləyiş yoxdur. Halbuki, ABŞ-la Türkiyə arasında terrorçuları oradan çıxartmaqla bağlı şifahi razılaşma olmuşdu. Əslində bu razılaşma da yerinə yetirilmir. Əgər bu istiqamətdə də heç bir addım atılmazsa, o zaman belə çıxacaq ki, Bransonun azad edilməsi qarşılığında Türkiyə faktiki olaraq heç nə qazanmayıb”.

Seymur ƏLİYEV
Tarix: 13-10-2018, 23:44
Xəbəri paylaş





Xəbər lenti