Vəziyyət dəyişir: “Bolton Bakıya yeni Qarabağ ideyası təklif edəcək” - Rusiyalı politoloq


Vəziyyət dəyişir: “Bolton Bakıya yeni Qarabağ ideyası təklif edəcək” - Rusiyalı politoloq

“ABŞ Gürcüstan və NATO arasındakı münasibətlərdən yararlanaraq  çoxdan Qara dənizdə hərbi gəmilər məsələsini həll etmək istəyir”.

Cebhe.info xəbər verir ki, bunu rusiyalı  politoloq Sergey Markedonov bildirib. 

Onun fikirncə, Vaşinqton Şərqi Anadoluda öz bazalarını yaratmaq, bəzi türk limanlarına nəzarəti ələ almaq və bu ölkəyə hərbçilər yerləşdirmək istəyir:

"Hadisələrin bu cür gedişatı Qafqazda vəziyyəti dəyişə bilər. Eskpertlər də deyir ki, ABŞ məhz Vaşinqtonun maraqsızlığı səbəbindən bölgədə təsir dairəsini itirib".

Markedonov ABŞ prezidentinin köməkçisi Con Boltonun Bakıya səfəri ilə bağlı da fikirlərini bildirib. Qeyd edib ki, Bolton Azərbaycana Qarabağ münaqişəsinin həllinə dair yeni ideya təklif edə bilər. Xüsusilə də Ermənistanı KTMT-dən bu qədər tez və asan ayırmağın mümkün olmadığını düşünərək bu ideya məhz Bakıya verilə bilər:

"Hələlik isə o, Qafqaz ölkələrinə İranla bağlı mövqelərini daha detallı öyrənmək və xarici siyasət kursunu bilmək üçün gedir".

Xatırladaq ki, Con Boltonun bölgəyə səfəri 20 oktyabrda başlayır. ABŞ prezidentinin köməkçisi Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda  görüşlər keçirəcək.

Xəzər

Tarix: 22-10-2018, 13:45
Xəbəri paylaş





Xəbər lenti