Rusiyalı deputat: "Dağlıq Qarabağ və yeddi rayon Azərbaycana qaytarılmalıdır"


Dağlıq Qarabağ və ətraf yeddi rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyasında deyib.

Deputat Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırmasının vacibliyini qeyd edib:

“Dağlıq Qarabağ münaqişəsi haqqında dünyaya obyektiv məlumatların çatdırılması üçün bu vacibdir”.

Tarix: 26-10-2018, 15:58
Xəbəri paylaş





Xəbər lenti