Dünyanın gözü İstanbulda: Dörd prezident bir arada - FOTO

İstanbulda Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşü başlayıb.

AzNews.az xəbər verir ki, Zirvə görüşünü açan Türkiyə lideri R.T.Ərdoğan bütün dünyanın gözünün hazırda bu toplantıda olduğunu deyib.

Ərdoğan vurğulayıb ki, səmimi və anlayışlı davranmaqla, dünyanın bu gözləntisini doğrultma fürsətimiz var.

“Putinlə bu mövzuda daha öncəki görüşlərimizdə müzakirə apardıq. Makron və Merkellə də yaxın təmasda olmağa, onları proseslə bağlı daim məlumatlandırmağa çalışdıq”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, cənab Putinlə müzakirələrdə Suriya məsələsi ən önəmli yer alır. O, Makron və xanım Merkellə də yaxın təmasda olduğunu vurğulayıb.

Türkiyə prezidenti görüş zamanı həmkarlarına Vahdettin Köşkünün pəncərəsindən İstanbul Boğazını göstərib.





Aznews.az



image description


Tarix: 27-10-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti