İrəvanda antirusiya ovqatı getdikcə güclənir - TƏHLİL


İrəvanda antirusiya ovqatı getdikcə güclənir
Etiraf etməliyik ki, Ermənistandakı antirusiya tendensiyası getdikcə güclənməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert Qriqori Triomfçuk jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda və qrant və s. vasitəsilə pul almaqda ittiham edirlər.

“Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sərkisyan dövrünün məmurları birbaşa Moskva ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”, - ekspert bildirib.

Onun sözlərinə görə, müşahidəçilər post-sovet məkanındakı bütün çevrilişlərin yerli millətçilik və rus mədəniyyəti, dili ilə mübarizəyə çevrildiyi fikrində həmrəydirlər:

“Ermənistan hazırda bu istiqamətdə hərəkətə yenicə başlayıb. Rus Dram Teatrı ilə bağlı məlum vəziyyət bu barədə çox şeyi deyir. Mən deyərdim ki, teatrın taleyi burda sözün əsl mənasında faciəyə çevrilir. Rus Teatrının bağlanmasının vacibliyi ilə bağlı aşkar tələblər eşidilən bugünkü Ermənistanda bu çağırışları edənlər arasında həmən teatrın bədii rəhbəri vəzifəsinə namizəd də var ki, bu da xarakterik haldır”.

Ekspertin fikrincə, Rus Teatrı hazırda mədəniyyətin deyil, siyasətin stimuluna çevrilib:

"Bununla yanaşı teatrın hələ də öz həllini tapmayan iqtisadi və maliyyə məsələləri siyasətdən daha tez öz işini görə bilər".
 
Tarix: 30-10-2018, 09:23
Xəbəri paylaş





Xəbər lenti