Patriarx Kirill İstanbul görüşünün gizlinlərini açdı: Moskvanın İMTİNA SƏBƏBİ


Patriarx Kirill İstanbul görüşünün gizlinlərini açdı: Moskvanın İMTİNA SƏBƏBİ

“Ukraynada Rus kilsəsinin məhvinə yönələn qlobal sifariş icra olunur”. 

Cebhe.info xəbər verir ki, bunu Rusiya Patriarxı Kirill bildirib. O, Ukrayna kilsəsinə müstəqillik verilməsi qərarına qarşı çıxaraq, bunu “sifariş” adlandırıb və əsas məqsədin Rusiya kilsəsinin məhvi olduğunu vurğulayıb:

"Məqsəd böyükdür, sifariş də bizim vahid kilsəni parçalamaqdır. Bu, təkcə yuridiksiya üçün mübarizə deyil, bu, həm də dünyadakı vahid provoslav gücünü parçalamaqdır. Biz 150 milyondan danışanda, bu, doğrudan da belədir".

Patriarx Kirill həmçinin İstanbulda Patriarx Varfolomeylə qapalı görüşünə hazırlıqdan danışıb. 31 avqustda baş tutmalı olan bu görüş məsələnin diplomatik həllinə dair son cəhd olub. Patriarx bildirib ki, Konstantinopol tərəfinə görüşün neytral ərazidə keçirilməsini təklif edib. Misal olaraq İsveçrənin Şambezi şəhəri göstərilib. Amma Varfolomey görüşün məzh İstanbuldakı rezidensiyasında keçirilməsinə təkid edib. Moskvada da Patriarx Kirilli bunun alçaldığıcı olduğuna və bu səbəblə görüşdən imtinaya inandırıblar. 

Tarix: 30-10-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti