Eldar Əzizivun yerinə icra başçısı təyin edildi

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, V.Zeynalov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.Qeyd edək ki, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini təyin edilib.
Tarix: 30-10-2018, 16:16
Xəbəri paylaş





Xəbər lenti