“ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir” – Pompeo


“ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir” – Pompeo

ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir.

Cebhe.info xəbər verir ki, bu sözləri dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo radio verilişlərinin birində bildirib: “Ümid edirəm ki, bu baş verməyəcək. Bu həm NATO, həm ABŞ və hesab edirəm ki, Türkiyə xalqı üçün təəssüf doğuracaq”.

Belə ki, Pompeo indiki administrasiya dövründə iki ölkə çətin dövrdə olduğunu, lakin müəyyən yerlərdə həqiqi uğurun olduğunu qeyd edib.

Dövlət katibi Türkiyə və Prezident Ərdoğanın ABŞ-ın Türkiyə üçün daha yaxşı tərəfdaş olacağını dərk edəcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, Prezident Ərdoğan ABŞ, Avropa və NATO ilə daha sıx əlaqələr saxlamalıdır.

Tarix: 2-11-2018, 09:08
Xəbəri paylaş





Xəbər lenti