Putin rusları ölkəsinə toplayır-azərbaycanlıları nələr gözləyir?


Əlövsət Əliyev: “Bu siyasətin uğur əldə edəcəyinə inanmıram”

Rusiyada yeni Miqrasiya Konsepsiyasi açıqlanıb. Bu konsepsiya ilə xaricdə yaşayan rusların şimal qonşumuzun vətəndaşlığını almaları asanlaşdırılır. Miqrantlarla bağlı da konsepsiyada müəyyən qərarlar var.

Belə ki, hər bir miqrantın rus dilini bilməsi tələb olunur. Eyni zamanda miqrantların rusların iş yerlərini tutmamaları əsas tələblərdən biridir. 

Məsələ Azərbaycanı da yaxından ilgiləndirir. Məlumdur ki, şimal qonşumuzda qeyr-rəsmi rəqəmlərə görə ən azı  milyon yarım azərbaycanlı işçi qüvvəsi yaşayır. Belə bir konsepsiya onların nəinki işlərini çətinləşdirir, ölkələrinə qayıtmaları prosesini sürətləndirə bilər.  

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev konsepsiyanın uğur qazanacağına inanmır: “Burada məsələ bir az başqa cürdür. Rusiya prezidenti Putin rusların ümumdünya konqresində Rusiya iqtisadiyyatinin inkişafını xarici mütəxəssislərin, o cümlədən xaricdə məskunlaşan və mənşəyinə görə rus olan mütəxəssislərin hesabına qaldırmaq imkanlarından danışdı. O hesab edir ki, xaricdə məskunlaşan və ya yaşayan rusdilli mütəxəssislərin -xüsusilə etnik mənşəyinə görə rus olanların Rusiyaya cəlb olunması Rusiyanı düşdüyü vəziyyətdən çıxara bilər. Rusiya bu sahədə Kanadanın və bu yaxınlarda immiqrasiya siyasətini dəyişməyə başlayan Almaniyanın yolunu davam etmək istəyir. İndi həm Almaniya, həm də Rusiya xarici əməkçi miqrantların resursları hesabına iqtisadiyyatlarını qaldırmağa, inkişafı təmin etməyə və bununla yanaşı dərinləşməkdə olan demoqrafik problemlərini həll etməkdə davam edir. Təsəvvür edirsiniz ki, hər iki qərar 31 oktyabr tarixində açıqlandı. Ruslar Moskvada ”Miqrasiya Siyasəti Konsepsiyasını" təqdim edir, almanlar isə Berlində “əməkçi miqrantların rolu” adlı tədqiqatın təqdimatını keçirirlər. Oxşar görüntülərə baxmayaraq, çox ciddi fərqlər mövcuddur. Rusiyada təqdim olunan və təsdiq olunan siaysətin arxasınca xaricə gedən rusların sadələşdirilmiş qaydada Rusiyaya qaytarılması cəhdlərinin olması aydın görünür.

ÆlövsÉt Æliyev ile ilgili görsel sonucu

Rusiya xaricdə yaşayan rusların qaytarılmasına daha komfort şəraitin yaradılmasını vurğulayır. Putinin də çıxışında bu aydın görsənirdi. Bu isə o deməkdir ki, Almaniyadan fərqli olaraq ruslar əmək bazarında yaranan problemin həlli üçün ilk növbədə, etnik mənşəyinə görə rus olan şəxslərdən faydalanmağa çalışırlar. Bu isə rus şovinizminin hələ də davam etdiyini çox aydın göstərir. Buna baxmayaraq, bu siyasətin uğur əldə edəcəyinə inanmıram. Etnik ayrı-seçkilik üzərində qurulan siyasət uğur qazana bilməz. Təbii ki, bu siyasət həyata keçirilərsə, bundan zərərçəkənlər çox olacaq. Həmçinin bu gün Rusiyada yaşayan və bu vaxta kimi Rusiyaya inteqrasiya oluna bilməyən soydaşlarımız da zərər çəkə bilərlər. Bir daha qeyd edirəm ki, bu siyasətin uğur qazanacağına inanmıram.

Rusların bu vaxta kimi də oxşar layihələri var idi. Lakin Rusiyaya immiqrasiya sahəsində uğur əldə edə bilmədi. Ölkələri cəlbedici edən prezidentlərin çağırışları deyil, ölkədə yaradılan demokratik mühitdir. Rusiya bu gün də ruslar üçün immiqrasiya ölkəsi olaraq qalmaqdadır. Yəni hətta etnik mənşəyinə görə rus olanlar Rusiyadan qaçmağa üstünlük verirlər. Putin hazırda aydın görür ki, etnik mənşəyinə görə rus olanların sayı sürətlə azalmaqda davam edir. Ölkədə olan əhalinin artımı isə qeyri rusların hesabınadır. Buna görə də bu formada, insan hüquqlarına uyğun olmayan, ayrı-seçkilik təbliğ edən çağırışlar etməkdən belə çəkinmir. Əslində bunun əvəzində azad biznes mühiti yaratmaqla, insan hüquq və azadlıqlarını təmin etməklə Rusiyanı həm köçüb gedən ruslar, həm də digər iş adamları üçün cəlbedici ölkəyə çevirmək mümkündür. Bu kimi proqramlar indiki idarəçilik davam edəcəksə, rusların Rusiyaya qayıtmasına səbəb olmayacaq".

Ə.Əliyev bu qərarın azərbaycanlılara təsir etməyəcəyini düşünür: “Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bu ölkəyə inteqrasiya olunmuş şəxslərdir. Belə qərarlar onların Rusiyada vəziyyətini ağırlaşdıra bilməz. Əksinə, Azərbaycanda yaşayan rusdilli soydaşlarımız bu qərardan faydalana bilərlər. Bu mümkün deyil. Rusiyaya inteqrasiya olunmuş şəxslərin oradan deportasiyası mümkün deyil. Qəbul olunan qərarlar bundan sonra yaranan münasibətlərə şamil olunacaq. Rusiyada qanunsuz yaşayan minlərlə soydaşlarımız isə gec və ya tez Rusiyadan çıxarılacaqlar”.(“Yeni Müsavat”)


Tarix: 2-11-2018, 09:09
Xəbəri paylaş





Xəbər lenti