Minsk Qrupunun vasitəçiliyindən imtina təklifi dəstəklənir


Elxan Şahinoğlu: “Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın”

 

Deputat Zahid Oruc Milli Məclisin iclasında Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina edərək İrəvanla Bakı arasında danışıqların aparılmasını təklif edib.

Zahid Oruc deyib ki, münaqişə tərəfləri zamanında Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk Qrupu həmsədrlərinə həvalə edəndə, inanırdı ki, problem tez bir zamanda həllini tapacaq. Lakin sonradan bəlli oldu ki, münaqişə beynəlxalq səviyyəyə çıxdı və müharibənin təkcə Azərbaycanla Ermənistan arsında deyil, elə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında getdiyinin şahidi olduq: “Son dövrlərdə İrəvanla Bakı arasında birbaşa kommunikasiya əlaqələri olduğunu nəzərə alaraq, iki ölkə arasında birbaşa danışıqlar aparılmasını təklif edirəm. Bunun üçün imkanlar var. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında birbaşa danıqşıqlar aparılarsa, daha faydalı olar”.

Z.Oruc hesab edir ki, gələcəkdə bu danışıqlar prosesinə Dağlıq Qarabağin azərbaycanlı və erməni icması da qatıla bilər: “Dağlıq Qarabağın nümayəndələri prosesə tərəf kimi deyil, sadəcə, icma nümayəndələri kimi qatıla bilə”.

Deputatın təklifi cəmiyyətdə dəstək qazanıb.

Zahid Oruc ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu Zahid Orucun parlamentdə səsləndirdiyi bu təklifi dəstəklədiyini bildirdi: “ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar, polşalı Anjey Kaspşik ölkəsinin XİN sisteminə qayıtmır ki, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır, bu illərdə əldə etdiyi gəlir hesabına bir neçə villa alıb-bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm. Yəni bu adam bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə. Ona görə də danışıqları vasitəçlərsiz, birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədlər gedirlər İrəvana, oradan gəlirlər Xankəndiyə və Bakıya, ordan bura, burdan da ora xəbər aparırlar, ortada da heç nə yox”.

Akif NaÄı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vasitəçilərdən imtina edilməsinin tərəfdarı olduğunu bildirdi: “Zahid Orucun təklifi maraqlı təklifdir, yaxşı olar ki, reallaşsın, amma reallaşacağı inandırıcı deyil. Rusiya və ABŞ buna imkan verməz. Bu, həm də düşmən Ermənistanla üz-üzə qalmağımız deməkdi, yəni danışıqlar  baş tutmasa, müharibə meydanında da təkbətək qala bilərik. Bunu isə Ermənistan istəməz. Azərbaycan birmənalı şəkildə Minsk qrupu həmsədrlərinin qərəzli vasitəçiliyindən imtina etməlidir. Ondan sonra isə torpaqlarının azad olunması üçün müharibəyə başlamalıdır. Yeni bir vasitəçılik missiyasının müzakirəsi ilə vaxt itirməyinə dəyməz.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə nəzər salsaq, onların gördüyü işi sadəcə işğalçıya vaxt qazandırmaq və işğal faktını unutdurmağa çalışmaq kimi qiymətləndirmək olar. Həmsədr ölkələrdən biri olan Fransa faktiki ermənipərəst mövqedən çıxış edir, bunu açıq deyil gizli şəkildə ortaya qoyur. Gizli ona görə ki, açıq danışıqlara gəldikdə Fransa rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirirlər. Eynilə də digər həmsədr ölkələr. Bu da onların yürütdüyü ikili standartlardan xəbər verir. Rusiya Ermənistanla hərbi müttəfiqdir. Rusiyanın belə vəziyyətdə ədalətli vasitəçi olması axı mümkün deyil. İstər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, istərsə də münaqişənin həlli ilə maraqlanan beynəlxalq təşkilatların fəaliyyətinə baxsaq, daha bir qənaətə gəlmək olar ki, onlar üçün sülh anlayışı işğalı rəsmiləşdirməkdən ibarətdir. Ermənistanın danışıqları illər uzunu uzatmağa çalışdığı da aydın görünür. Belə olduğu təqdirdə isə Azərbaycanın Ermənistanı sülhə güc yolu ilə məcbur etməkdən başqa yolu qalmır. Azərbaycan beynəlxalq hüququn verdiyi hüququndan istifadə etməlidir".

“Yeni Müsavat”

Tarix: 3-11-2018, 09:53
Xəbəri paylaş





Xəbər lenti