"İranla sərhəd bağlanarsa Ermənistan "boğulacaq""
"Əgər sərhəd bağlanarasa Ermənistan necə nəfəs alacaq? Əlbəttə ki, Ermənistan "boğulacaq""

Bu sözləri "Araks" həftəlik qəzetinin Baş redaktoru Movses Keşişyan Ermənistan Baş naziri Nikol Paşinyanın erməni-iran sərhəddinin bağlanması ehtimalına dair bəyanatını şərh edərkən bildirib.

O qeyd edib ki, Ermənistan dövlət öz maraqlarını unudaraq, digər ölkənin maraqları barədə düşünməməlidir.

"Sərhəddinin bağlanması Ermənistana ziyan vura bilər. Bu addımdan sonra tərəflər arasında razılaşma, sabitliyə nail olma, siyasi münasibətləri normallaşdırmaq çətin olacaq. Bu bölgədə yeni vəziyyətin yaranmasına, yeni çağırışlara səbəb olacaq ki, bunu da bağlı gözlə görmək mümkündür", - deyə Keşişyan narahatlığını ifadə edib. (Ordu.az)