Turqut Ərin kitabı erməniləri qəzəbləndirib - Foto


Birinci dünya müharibəsində Ərzurumda daşnaklara qarşı xalq müqavimətindən bəhs edən “Kuvay-ı Milliye Öncüleri” araşdırması erməni icmasını özündən çıxarıb

Araşdırmaçı-yazar, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ərin yeni kitabı Türkiyə ermənilərini narahat edib.

Musavat.com xəbər verir ki, müəllif “Kuvay-ı Milliye Öncüleri” kitabında Türkiyənin şərqində baş verən hadisələrdən, əsasən də ermənilərin hücumlarına qarşı Ərzrumda başlayan xalq müqavimət dəstələrinin yaranmasından bəhs edir.

Araşdırmanın mərkəzində Ərzurumun Narman rayonunun Kağani kəndi dayanır. Anadoluda Rusiya işğalı başladığı zaman fəallaşan erməni daşnak dəstələri digər bölgələr kimi Ərzurumda da türk kəndlərinə hücum edir. Məhz bu zaman Kağani kəndindən olan Mahmud ağa (Mahmud Çavuş) bir neçə həmkəndlisi ilə birlikdə daşnak dəstələrinə qarşı müqavimət təşkil edir. Onun apardığı mübarizə, daha sonra bu mübarizənin Qurtuluiş Savaşında davam etdirilməsi kitabda tarixi faktlarla öz əksini tapıb.

Kitab bu ilin sentyabrında Ankarada “Berikan” Nəşriyyatı tərəfindən çap olunub. Ancaq gözlənildiyi kimi Türkiyədəki erməni icması, mediadakı erməni dəstəkçiləri kitabı ermənilərə qarşı irqçi çağırışlarda ittiham edib. Hətta bununla bağlı bir neçə erməni media orqanında yazılar da dərc olunub.

 


Görüntünün olası içeriÄi: 3 kiÅi, yazı


Tarix: 5-11-2018, 01:07
Xəbəri paylaş





Xəbər lenti