Əliyev şifahi verdiyi sözü tutdu, erməni xisləti isə... – Mixaylov

 Ermənistanın siyasi dairələrinin Qarabağın statusu barədə narahatlığı aydın məsələdir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı konfliktoloq Yevgeni Mixaylov deyib.
“Hər şeydən əvvəl, mənim fikrimcə, İrəvan başa düşür ki, mübahisəli əraziləri əlində saxlamaq üçün siyasi rıçaqlarını itirir. Bundan əlavə Qarabağın statusunun yaxın vaxtlarda dəyişə biləcəyi ilə bağlı təəssürat yaranır”, - Mixaylov bildirib.
Ekspertin sözlərinə görə, Düşənbədəki razılıqlar barədə danışan İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin, ayaqüstü və şifahi formada verilmiş olsa belə, sözünü tutduğunu qəbul edir.
“İrəvan siyasətçiləri özlərinin tez-tez etdiyi şeylərdən narahat olur. Daha doğrusu, sözlərini tutmurlar. Bunu Azərbaycana aid etmək olmaz. Erməni siyasətçilərin Düşənbə razılaşmalarını tələ kimi qəbul etməsi onların Rusiyanın tam hüquqlu dövlətçilik qurma şansı verdiyi bütün Ermənistanın gələcəyinə dair narahatlıqlarının zirvəsidir. Aydındır ki, Ermənistan böyük SSRİ-nin mirasını düzgün istifadə edən digər ölkələrdən fərqli olaraq bu şansını qaçırır”, - ekspert bildirib.
Tarix: 6-11-2018, 09:31
Xəbəri paylaş





Xəbər lenti