Lukaşenkonun Nikola sərt cavabı: KTMT-də Bakı havası

 Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin görüşü zamanı Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaşanıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Moskovskiy Komsomolets” qəzeti yayıb.
“Nikol Paşinyan Astanaya bir erməninin yerinə digərini təklif etmək üçün gəlmişdi. Onun bu planı Aleksandr Lukaşenkonun müqaviməti ilə üz-üzə gəldi. Görüş zamanı Lukaşenko belə qərara gəldi ki, əgər İrəvan könüllü şəkildə nümayəndəsini geri çəkibsə, o zaman danışmağın mənası yoxdur. Bundan sonra sammitin dəhlizlərində belə şayiə yayıldı ki, kiçik Ermənistana qarşı Lukaşenko möhtəşəm Azərbaycanın əliylə oynayır. Təsadüfi deyil ki, Minsk baş katib vəzifəsində Bakı Ali Hərbi Məktəbinin məzunu olan və Azərbaycanın hərbi rəhbərliyi ilə geniş əlaqələrə sahib olan Stanislav Zasyanın namizədliyini irəli sürüb” – deyə qəzet bildirib.
Yeni baş katib məsələsinin 1,5 saat nəzərdə tutulan iclasın 3 saat davam etməsinə səbəb olub.
Qəzet sonra tərəflərin heç bir qərar qəbul etmədiyini, amma Ermənistanın baş katib vəzifəsini ələ keçirmək imkanlarının azaldığını bildirib.
Tarix: 9-11-2018, 14:56
Xəbəri paylaş





Xəbər lenti