ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib.
Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq.
“Məsələ ondadır ki, bu qətnamə aradan qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun deyil. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Laki burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artacaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspor rəhbəri bildirib.
“Erməni Milli Konqresi” Partiyası (AMK) növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib. Bu barədə “Jamanak” qəzeti yazıb.
Məlumata görə, dünən AMK rəhbərliyinin toplantısı keçirilib. Toplantıda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edilib.
Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik. Bu oyuna gəlmərik. Bu sözləri Fransa səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank” məsələlərini müzakirə etdiyini qeyd edib.
“YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Bu mövzuda istər Mövlud bəyin, istərsə də müdafiə nazirimizin əlaqədar şəxslərlə görəcəkləri işlər bizi rahatladacaqdır”, - Ərdoğan bildirib.
Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SVİFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb. Bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.
O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.
ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ) İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.
"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib.
İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək. Bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək, növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi? Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya atıb. Xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng edib.