Rusiya Qafqazdan sıxışdırılır: Planın icrası bu ölkədən başlayacaq - Ağ Evin yeni planının DETALLARI


Rusiya Qafqazdan sıxışdırılır: Planın icrası bu ölkədən başlayacaq - Ağ Evin yeni planının DETALLARI  

“Stratfor” Araşdırmalar Mərkəzi ABŞ-ın post-sovet ölkələri, o cümlədən Cənubi Qafqazla bağlı yeni təhlükəsizlik strategiyasına dair planlarını açıqlayıb. Mərkəzin dərc etdiyi analitik məqalədə ABŞ-ın post-sovet ölkələrini Rusiyanın təsir dairəsindən çıxartmaq üçün hazıladığı plan belə təsvir edilir:

1.ABŞ qarşıdakı illərdə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər keçmiş Sovet məkanında yerləşən ölkələrlə Rusiyanın əlaqələrini məhdudlaşdırmaqla ona təzyiqi artırmağa çalışacaq. 

2.ABŞ Rusiya ilə həmsərhəd bölgələrdə yerləşən Qərbyönlü dövlətlərə silah satmaq və hərbi təlimlər keçirməklə təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirəcək. 

3.Vaşinqton Moskvanın möhkəm təsiri altında olan ölkələri Rusiyanın asılılığından çıxartmaq üçün onların iqtisadiyyatına stimul verən təkliflər irəli sürəcək və təhlükəsizliyinə zəmanət verəcək. 

4.Rusiya ABŞ-a və Qərbə qarşı regionda özünün ənənəvi taktikası olan hibrid müharibələrdən istifadə etməklə və xüsusi təsirini genişləndirməklə cavab verəcək. 

2018-ci il ərzində Rusiya ilə Qərb arasındakı qarşıdurmada yumşalma əlamətləri demək olar ki, müşahidə olunmayıb. ABŞ-ın Kremlə təzyiqi artırmaq istiqamətində son səyləri bu gərginliyin növbəti ildə yalnız artacağından xəbər verir. Birləşmiş Ştatlar Rusiya iqtisadiyyatına gələn il daha da artacaq sanksiyaların təhdidi fonunda Rusiyanın xarici siyasətini dəyişməyə çalışır. İndi isə ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin ləğv edilməsinə dair müqavilədən çıxmaq haqqında qərarı hər iki tərəf arasında hərbi qarşıdurmanın artmasını qaçılmaz edir.

ABŞ-ın Moskvaya mühüm təzyiq elementlərindən biri Şərqi Avropadan Qafqaza və Mərkəzi Asiyaya qədər Rusiyanın periferiyasında yerləşən keçmiş sovet respublikalarıdır. Rusiyanın coğrafi maneələrin olmaması səbəbindən bu ərazilər ölkəni xarici nəhəng qüvvələrdən qoruyan və Kremlin təsirlərini xaricdə yayn kanal kimi bufer dövlətləri təşkil edir. Həqiqətən, Rusiyanın regional və qlobal güc kimi yüksəlişi və çöküşü tarixən bu əraziləri idarə etmək qabiliyyətindən asılı olub. Nəticədə bu dövlətlər post-sovet dövründə Rusiyanın qarşısını almaq üçün Amerikanın strategiyasında mühüm rol oynayıb. 

“Stratfor” qeyd edir ki, Vaşinqton Qafqazda diqqətini Ermənistanın hökuməti ilə əlaqələrin möhkəmləndirilməsinə yönəldəcək. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan Rusiyanın ənənəvi olaraq ən yaxın və loyal müttəfiqi olub. Lakin son aylar, müxalifət lideri Nikol Paşinyanın aprel ayında “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlişindən sonra Ermənistanla Rusiya siyasi gərginlik yaşayır. ABŞ bu gərginlikdən Rusiya ilə Ermənistan arasında xətt çəkmək üçün istifadə etməyə çalışır və artıq bunu etməyə nail olublar. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ay Ermənistana səfəri məhz bunun əlamətidir. O, ABŞ-ın Ermənistana silah satmaqda maraqlı olduğunu bildirib. Moskva Bolton təklifinə birbaşa cavab verdi. Çünki Rusiyanın Ermənistana silah satışı ilə bağlı monopoliyası var və kiçik bir respublikada 5 min hərbi qulluqçusu yerləşir. Ermənistan son nəticədə Rusiya ilə strateji yaxınlaşmasından imtina etməsə də, onların arasındakı siyasi sürtüşmə ABŞ-a Moskvanın ətrafında əsas müttəfiqləri ayırmaq imkanı verə bilər.

Ermənistanın əsas düşməni olan Azərbaycan ABŞ-ın diqqətini cəlb edir. Söhbət İrana təzyiqdən gedir. Azərbaycan ABŞ-ın Tehrana qarşı strategiyasına qoşularsa cənub qonşusu ilə münasibətləri gərgin olacaq. Ona görə də hökumət xarici siyasət balansını qorumağa çalışır. Həqiqətən, Azərbaycan həm də İslam Respublikasına qarşı noyabrın 5-də ABŞ-ın sanksiyaları qüvvəyə minənədək İrandan təbii qaz alınmasını dayandırıb. 

Eyni zamanda Birləşmiş Ştatlar, həmçinin Avropa Birliyi və NATO ilə inteqrasiya siyasətlərini davam etdirən yeganə ölkə olan Gürcüstanla təhlükəsizlik dəstəyini artıracaq və daha çox hərbi təlimlər keçirəcək”-deyə “Stratfor” Qafqazla bağlı bölümündə yazır. 

Cebhe.info

Tarix: 21-11-2018, 14:21
Xəbəri paylaş





Xəbər lenti