Qarabağla bağlı İNANILMAZ SİRR, gündəmi dəyişdirəcək TƏKLİF… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib. XİN Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına münasibət bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmkarı Mayk Pompeo ilə görüşüb. Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün siyahısı ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona verilib. İnterpolun yeni prezidenti seçilib. Çinin Dünya Ticarət Təşkilatından çıxarılması gündəmə gələ bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar.
Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına münasibət bildirərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb. Adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı müharibənin olmayacağını qeyd edib.
“Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə yetitrməyə məcburdur, bunlardan biri də Ermənistanın təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə olmayacaq”, - deyə o bildirib.
Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: “Ərdoğan münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq istəyir”.
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) timsalında öz təhlükəsizliyimizi Rusiyaya etibar etdik. Belarus “Polonez”ləri Azərbaycana sataraq, bizim müttəfiqimiz olmadığını çoxdan göstərmişdi, Qazaxıstan qardaşı olan Azərbaycanın maraqlarını bütün şərtlərdə qoruyur. Bu gün əmin oluruq ki, təhlükəsizliyimizi qoruyanlar Ermənistanın sonunu gətirəcəklər”. Bu barədə erməni şərhçi Samvel Ohanesyan KTMT-də baş verənlərlə bağlı bildirib.
Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün siyahısı ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona verilib. Bu barədə məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.
Çavuşoğlu Türkiyənin Qaşıqçı cinayətinin sonuna qədər işıqlandırılması məsələsində israr etdiyini və ABŞ-a da Ankaranın mövqeyinin bu şəkildə çatdırıldığını söyləyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmkarı Mayk Pompeo ilə görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu Rusiyadan alınması nəzərdə tutulan “S-400” zenit-raket kompleksləri ilə bağlı danışıb.
ABŞ-ın PKK terror təşkilatının liderləri Murat Karayılan, Cəmil Bayık və Duran Kalkanın başlarına ümumilikdə 12 milyon dollar mükafat qoyması əslində Türkiyəyə qarşı bir oyun imiş. ABŞ-ın Şimali İraqdakı Süleymaniyyə hava limanı üzərindən PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilə tibbi ləvazimatlar, dərmanlar və silah göndərdiyi ortaya çıxıb.
ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbərliyi prezidenti Donad Trampdan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın verib-vermədiyi barədə dəqiq cavab tələb edib. Bu haqda “Politico” nəşri bildirib.
Nəşr dəqiqləşdirir ki, “Maqnitski aktı”na əsasən, prezident insan hüquqlarının dünya liderləri tərəfindən pozulmasına aid olan məsələ barədə suala 120 gün ərzində cavab verməyə məcburdur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp güman etdiyini bildirib ki, Məhəmməd bin Salman krallığın İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini bilib.
ABŞ hökuməti İran, Rusiya və Suriyada fəaliyyət göstərən 9 şəxs və şirkətdən ibarət qeyri-qanuni neft şəbəkəsinə sanksiya tətbiq edib. Buna səbəb olaraq 5 nəfər və 4 qurumdan ibarət şəbəkənin Əsəd rejimi, Hizbullah və Həmasa maliyyə dəstəyi verməsi göstərilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Açıqlamada rəsmi Tehranın Rusiya şirkətləri ilə birlikdə işləyərək Suriya hökumətini neftlə təmin etdiyi bildirilib. Əsəd rejimi isə neftin qarşılığında İran İnqilab Keşikçiləri, Hizbullah və Həmasa milyonlarla dollar transfer edib.
Rusiya yaxın vaxtlarda İsrail və ABŞ-a İran qoşunlarının Suriyadan çıxarılmasına əvəz olaraq, İrana qarşı bəzi sanksiyaların ləğv edilməsini təklif edib. Bu haqda İsrail hökumətinin iclasında iştirak edən mənbələrə istinadən ABŞ-ın “Axios” nəşri yazıb.
Mənbələrə görə, guya bu haqda qapalı iclasda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Ancaq Amerika nəşrinin xəbəri Moskva tərəfindən təkzib olunub. Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, bu informasiyanı təsdiq etmir.
Oktyabr ayında isə Rusiya prezidenti Vladimir Putin “Valday” diskusiya klubunun plenar sessiyasında söyləyib ki, İranı Suriyadan getməyə razı salmaq Rusiyanın problem deyil.
Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.
Çinin Dünya Ticarət Təşkilatından çıxarılması gündəmə gələ bilər. Bu haqda BBC telekanalına Ağ Evin İqtisadi Müşavirlər Şurasının sədri, prezident Donald Trampın iqtisadi məsləhətçilərindən biri Kevin Hassett bildirib.
Hassett Çin Dünya Ticarət Təşkilatının üzvü kimi zərərli olduğunu dilə gətirib. Ağ Ev səlahiyyətlisi həmçinin, prezident Trampın beynəlxalq ticarətdə “sərt oyun” strategiyasını çalışmaqda olduğunu söyləyib.
Cənubi Koreya nümayəndəsi Kim Çon Yan beynəlxalq polis təşkilatı – İnterpolun yeni prezidenti seçilib. Bu haqda təşkilatın Tvitter hesabında dərc edilmiş məlumatda deyilir.


Tarix: 21-11-2018, 20:28
Xəbəri paylaş





Xəbər lenti