Türkiyədən Ermənistana xəbərdarlıq: “İŞĞALA SON QOYUN!” - “1992-ci ildə qurulmuş Minsk qrupu və onun üzvü olan Rusiya nə edib?”

 Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Yıldırım Beyazıt Üniversitetində keçirilən “Türkiyə-Rusiya əlaqələri” konfransında çıxış edərkən deyib: “Ermənistan işğaldan əl çəkməlidir. Bu baş verdiyi zaman ən çox faydalanan tərəf məhz Ermənistan olacaqdır”.
“Rusiyanın üzərinə mühüm vəzifə düşür”
“Dağlıq Qarabağ məsələsinin həllində Minsk qrupu çərçivəsində Rusiyanın öhdəsinə mühüm vəzifə düşür. 1992-ci ildə qurulan Minsk qrupu təəssüf ki, indiyə qədər gözlənilən nəticəni göstərmədiyi üçün Dağlıq Qarabağ problemi Qafqazda dondurulmuş bir böhran olaraq qalmaqdadır. Bu mövzuda bizim mövqeyimiz qətidir. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad eləməsi və Qafqazda yeni bir sülh şəraitinin təmin edilməsi üçün dəfələrlə səy göstərmişik. Burada rusiyalı həmkarlarımızla yaxından əməkdaşlıq elədik. Lakin yenə bəzi qüvvələr araya girdi və bu prosses uğursuz oldu. Azərbaycan torpaqlarının artıq Azərbaycana qaytarılması, Ermənistanın işğal elədiyi əraziləri tərk eləməsi lazımdır. Bu, baş verdiyi zaman bundan ən çox Ermənistan istifadə edəcəkdir”.
Tarix: 22-11-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti