Saakyan Nikola qarşı hərəkətə keçdi: Moskva “səfəri” - TƏHLİL


Saakyan Nikola qarşı hərəkətə keçdi: Moskva “səfəri”
Qarşıdakı günlərdə Saaakyanın bölgədə gərginliyi daha da artıran və Paşinyan üçün problem yaradıcı mesajlarını eşitsəniz, təəccüblənməyin.

Bu sözləri Axar.az-a Qarabağ separatçılarının lideri Bako Saakyanın Moskvaya getməsinə münasibət bildirən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

O bildirib ki, separatçı Bako Saakyanın Moskva getməsində 2 ehtimal mümkündür:

“Birincisi, bu səfər qondarma rejimin legitimlik axtarışlarında növbəti cəhdlərindən biridir. İkinci ehtimal, bu, Rusiyanın Ermənistandakı seçim öncəsi Paşinyana mesajıdır".

N.Cəfərsoy vurğulayıb ki, Saakyanın bu addımları və seçki kampaniyasının qızışdığını nəzərə alsaq, yaxın zamanlarda Paşinyanın Azərbaycana qarşı radikal və təhrikedici mesajları gündəmə gələ bilər.

Qeyd edək ki, Qarabağ separatçılarının lideri Bako Saakyan Moskvaya səfərə gedib.
 
Tarix: 26-11-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti