Ermənistan: partiyaların teledebatlarda Qarabağla bağlı mövqeyi - Hamısı "bizimdir" deyir


Ermənistanda dekabrın 9-da keçiriləcək seçkilər öncəsi baş tutan teledebatda siyasi partiyalar Qarabağ problemi ilə bağı mövqelərini açıqlayıblar.

Serj Sərksiyanın Ermənistan Respublika Partiyasının proporsional siyahısına rəhbərlik edən keçmiş müdafiə naziri Vigen Sərkisyan iqtidarda olduqları dövrdə orduda aparılan modernləşdirmə işlərindən danışıb və baş nazir Nikol Paşinyanın məhz onların 7 illik proqramından yararlandığını söyləyib.

Vigen Sərksyanın fikrincə, Ermənistanın təhlükəsizliyinin təmin olunması beynəlxalq arenalarda qısamüddətli görüşlərlə və ya daxili siyasi problemləri dünya ictimaiyyətinə xəbər verməklə həll edilə bilməz.

“Siz bir yandan ayaqüstü tanışlıqdan sonra İlham Əliyevi müdrik və praqmatik hesab edərək, o biri tərəfdən ordu və onun zabitlərinə hücum çəkirsiz. Bu isə ölkə üçün ciddi təhdid yaradır. Hesab edirəm ki, bu situasiyanı seçkilərdən sonra dəyişmək lazımdır”,-deyə Vigen Səərkisyan baş nazir Nikol Paşinyana müraciətlə bu sözləri söyləyib.

Sərskiyanın fikrincə, Ermənistanın yeni rəhbərliyi hakimiyyətdə olduğu qısa müddət ərzində ciddi səhvlərə yol verib. Bunlardan biri də KTMT baş katibliyi postunun itirilməsi, habelə müttəfiqləri ilə yaratdığı problemlərdir.

“Vətəndaşın qərarı” partiyasının lideri Suren Saakyan Dağlıq Qarabağ problemini müzakirə etməzdən qabaq Ermənistanınn onu öz torpağı və ya ikinci erməni dövləti kimi görməsinin müəyyən edilməli olduğunu bildirib.

Daşnaksütyun partiyasının sədri Armen Rüstəmyan müzakirələrdə qondarma “DQR”-in oyuncaq rəhbərliyinin də iştirakının təmin olunmasını istədiklərini söyləyib.

Baş nazir Nikol Paşinyan isə rəhbərlik etdiyi hökumətin Qarabağ problemini olduqca alçaldıcı şərtlərlə təslim aldığını qeyd edib. Onun sözlərinə görə, əvvəlki iqtidarın günahı ucbatından hər kəs yalnız Ermənistandan birtərəfli güzəştlərin edilməsini gözləyir. Paşinyan qondarma rejimin danışıqlarda 3-cü tərəf kimi iştirak məsələsi ilə bağlı mövqeyini təkrarlayıb.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan və “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan da Paşinyanla oxşar mövqe sərgiləyiblər.

Ermənistanda sərsəm ideyalar müəllifi, Xristian-demokrat partiyasının siyahısına rəhbərlik edən Levon Şirinyan problemin həllindən ötrü BMT-nin müstəmləkələrlə bağlı 1960-cı il qətnaməsinin əsas götürülməsini istəyib. Onun fikrincə, bu qondarma "DQR"-ə danışıqlarda tərəf kimi iştirakına yardım göstərəcək.

“Orinats Erkir” partiyasının lideri Artur Bağdasaryan və “Milli tərəqqi “ pariyasının sədri Lusine Aroyan isə Qarabağda referendum keçirilməsindən yana olduqlarını deyiblər.

Terrorçu “Sasna tsrer” partiyasının sədri Varujan Avetisyan digər debat iştirakçılaına baxanda daha səmimi davranıb. O, ümumiyyətlə, Dağlıq Qarabağı Ermənistanın əyaləti kimi gördüyünü bildirib.

“Biz” blokunun siyahısına rəhbərlik edən Aram Sərkisyan isə bu məsələdə indiki hökumətə inandıqlarını söyləyib. Aram Sarkisyan hökuməti NATO ilə əməkdaşlığa çağırıb.

Musavat.com

Tarix: 6-12-2018, 13:32
Xəbəri paylaş





Xəbər lenti