Nikol Paşinyandan KTMT ölkələrinə: “Gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox?”


Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qabaqcadan bəyan etdiyi kimi, Sankt-Peterburqda KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri məsələsindən danışıb və qurumda təmsil olunan ölkələrdən gileylənib.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Paşinyan bunu Rusiyanın erməni icması ilə görüşündə səsləndirib.

“Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik”-deyən N.Paşinyan Ermənistanı “etibarlı müttəfiq” adlandırıb. Ardınca qeyd edib ki, təəssüf, biz bunu KTMT-dəki digər partnyorlarımız haqqında deyə bilmərik. “Ona görə də biz deyirik: gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda biz öz öhdəliklərimizi yerinə yetirməliyik”-deyə, N.Paşinyan üzv ölkələrə xitabən şikayətlənib. “Anlaşılmaz hərəkətlər”dən bəhs edən erməni baş nazir ardınca “biz bilməliyik, kimə inana bilərik, kimə yox” söyləyib. N.Paşinyan üzv ölkələri Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa çağırıb. “Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox starteji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin”- Paşinyan KTMT-nin baş katibi postunda Belarus təmsilçisinin olacağı barədə prezident Lukaşenkonun dediklərinə ironiya ilə reaksiya verib. Artıq məqsədinə nail ola bilməyən Paşinyan KTMT baş katibliyinə əhəmiyyətsiz məsələ kimi yanaşaraq, deyib ki, bizə belə formal statuslar lazım deyil. "Bizə qarşılıqlı razılaşmalar və onların tam həyata keçirilməsi lazımdır”- N.Paşinyan əlavə edib.

Maraqlıdır, Belarus və digər KTMT ölkələrindən Paşinyana hansı cavab veriləcək?

 


Tarix: 7-12-2018, 05:28
Xəbəri paylaş





Xəbər lenti