AZƏRBAYCANDA VİTSE-PREZİDENTLƏR NİYƏ TƏYİN OLUNMUR?

 Qabil Hüseynli: “Vitse-prezidentlərin təyin olunmasına ciddi ehtiyac görmürəm”
Əli Əliyev: “O postlar uğrunda gərgin mübarizə gedir”
26 sentyabr 2016-cı ildə Konstitusiyaya referendum yolu ilə əlavə edilən 103-cü maddəyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ilə yanaşı, vitse-prezidentlər də təyin olunmalıydı. Lakin vitse-prezidentlər hələ də təyin olunmayıb.
Xatırladaq ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunub. Maraqlıdır ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edildiyi vaxtdan bəri 2 ildən çox vaxt keçib, hələ də nəzərdə tutulan vakansiyalar boşdur. Görəsən, vitse-prezidentlər niyə təyin olunmur?
“Güman edirəm ki, tədricən vitse-prezidentlər təyin olunacaq”

“Hürriyyət”in sualını cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli dedi ki, vitse-prezidenlərin təyin olunub-olunmaması siyasi rəhbərliyin özünün iradəsindən asılıdır: “Düzdür, Konsitusiyada bu var. Mən güman edirəm ki, tədricən vitse-prezidentlər təyin olunacaq”.
“Naxçıvan Muxtar Respublikasının rəhbərinin vitse-prezident kimi təyin olunmasına ehtiyac görürəm”
“Mən vitse-prezidentlərin təyin olunmasına elə bir ciddi ehtiyac görmürəm. Amma Konstitsiyaya düşdüyünə görə ən azından Naxçıvan Muxtar Respublikasının rəhbərinin vitse-prezident kimi təyin olunmasına ehtiyac görürəm. Çünki qabaqlar Naxçıvan Ali Sovetin sədri avtomatik olaraq Azərbaycan Ali Sovetinin müavni görəvinə gətirilirdi. Ona görə də Naxçıvan Ali Məclisinin sədri həm də Azərbaycan Respublikası prezidentinin müavini kimi təyin edilə və o səlahiyyətləri yerinə yetirə bilər”,-deyə politoloq vuğuladı.
Q.Hüseynli əlavə etdi ki, dünyanın bır sıra ölkələrində vitse-prezidentlik institutu var:“Qonşu Türkiyə də bu yaxınlarda onu tətbiq etməyə başladı və bunun tətbiq edilməsinin əhəmiyyəti var. Çünki prezident ölkədən kənarda olanda o zaman səlahiyyətlərini vitse-prezidentə həvalə edir”.
“Daxili münasibətləri alovlandırmamaq üçün o yerləri vakant saxlayırlar”.

“Vitse-prezidentlər niyə təyin olunmur” sualına Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə belə cavab verdi: “Mən o suala cavab verə bilmərəm. O sualın cavabını o hüquqa malik olan şəxs verir. Ona ünvanlasanız daha düz olar. Mən bununla bağlı bir söz deyə bilmərəm. İndi onsuz da hakimiyyətin içində vəziyyət gərgindir. Onsuz da o postlar uğrunda gərgin mübarizə gedir. Yəqin daxili münasibətləri alovlandırmamaq üçün o yerləri vakant saxlayırlar”.
“Vitse-prezidentlər institutunun formalaşdırılması əlavə yük ola bilər”
“Ümumiyyətlə, bu gün vitse-prezidentlərin təyin olunmasına ehtiyac varmı” deyə sualı etdikdə isə Ə. Əliyev dedi ki, bir söz deyə bilməz: “Mən o prosesin təşəbbüskarı olmamışam. Hazırda onsuz da Azərbaycanda icra qurumları genişdir, şaxəlidir, Prezident Administrasiyası, Nazirlər Kabineti var. Onlardan əlavə, vitse-prezidentlər institutunun formalaşdırılması əlavə yük ola bilər. Bu məsələdə təşəbbüskar Yeni Azərbaycan Partiyasının siyasi rəhbərliyidir. Onlar blirilər ki, bu məsələni Konstisiyaya niyə salırlar. Əslində, Konstitusiyaya salmaqda məqsəd elə müəyyən mexnizmlərə təsir etmək olub. İndi o vakansiyalardan necə istifadə edəcəklər, bir söz deyə bilmərəm, çətinilik çəkirəm”.
Tarix: 7-12-2018, 16:37
Xəbəri paylaş





Xəbər lenti