Xoşbəxt ölkələrin təcrübəsi və nümunəsi

Vəkil FƏXRƏDDİN MEHDİYEV
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı əsasında 2012-ci ilin aprelində dünya ölkələrinin xoşbəxlik göstəriciləri üzrə birinci hesabatı hazırlanıb. Həmin vaxtdan başlayaraq hər il dünya ölkələri üzrə xoşbəxt ölkələrin siyahısı hazırlanır və elan edilir. Tədqiqat Kolumbiya Üniversitetinin nəzdindəki Yer İnstitutunun Mərkəzi tərəfindən aparılır və tədqiqatın keçirilməsini BMT himayə edir.
Dünya ölkələrinin xoşbəxtlik üzrə reytinq hesabatı hazırlanarkən ölkə əhalisi üçün adambaşına düşən ümumi daxili məhsulunun həcmi, insan və vətəndaş azadlıqlarının vəziyyəti, insanların sosial müdafiəsi və təhlükəsizliyi, gözlənilən ömür müddəti, cəmiyyətdə etimad və inam, səxavət və qarşılıqlı kömək, hakimiyyətin təmizliyi, korrupsiyanın mövcud olmaması və s . əsas götürülür.
Eyni zamanda ölkə vətəndaşlarının özlərini nə qədər xoşbəxt hesab etdikləri ictimai rəyin sorğusu vasitəsi ilə öyrənilir və nəticələri nəzərə alınır. Adambaşına düşən ümumi daxili məhsulun həcminin yüksəkliyi və maddi nemətlərin ədalətli bölgüsünə görə zəngin ölkələrin vətəndaşları daha xoşbəxtdirlər.
Beləliklə, ölkələrin xoşbəxtlik göstəriciləri siyasi, iqtisadi, sosial, mənəvi-pisxoloji amillərlə sıx bağlıdır. Bütün hallarda hakimiyyətin təmizliyi və korrupsiyanın mövcud olmaması əsas şərtdir. Bu, halallıq olan yerdə xeyir bərəkət olar ifadəsinə də uyğundur.
2012-2020-ci illər üzrə dünya ölkələrinin xoşbəxtlik indeksi üzrə hesabatlarını müşahidə edərkən müxtəlif illərdə davamlı olaraq bir sıra ölkələrin birinci və ikinci onluqda qərarlaşdığını görürük: Finlandiya, Danimarka, İsveç, İsveçrə, İslandiya, Norveç, Niderland, Yeni Zellandiya, Avsrtiya, Avsrtaliya, Lüksenburq, Kanada, Böyük Britaniya, ABŞ, Almaniya, İsrail, Belçika, İrlandiya, Çexiya, Kosta-Rika.
2020-ci il üçün dünyada xoşbəxt ölkələrin birinci onluğuna: Finlandiya, Danimarka, İsveç, İsveçrə, İslandiya, Norveç, Niderland, Yeni Zellandiya, Avsrtiya, Lüksenburq aid edilmişdir.
Birinci onluğa daxil olan ölkələrin içərisindən hər il ən xoşbət ölkə kimi bir ölkə birinci elan edilir. Misal üçün, 2013-cü ilin hesabatına görə ən xoşbəxt ölkə kimi Danimarka tanınmışdır (“ Xoşbəxtlik indeksi” 7. 693 bal. olmuşdur). Danimarka dünyanın ən yaxşı rifah dövlətidir, sosial-iqtisadi göstəriciləri, əhalinin sosial müdafiəsi yüksəkdir, orta ömür müddəti 79 ildir, korrupsiya və yoxsulluq mövcud deyil.
2015-ci ildə ən xoşbəxt ölkə kimi İsveçrə elan edilmişdir (“Xoşbəxtlik indeksi”  7.587 bal olmuşdur). İsveçrə  sosial-iqtisadi inkişafına,  sosial müdafiə sisteminə görə  yüksək rifah ölkəsidir, orta ömür müddəti 82,6 ildir. Korupsiya və yoxsulluq mövcud deyil. 
2017-ci ilin hesabatına görə xoşbəxtlik indeksi reytinqində Norveç liderlik etmişdir. Norveç də inkişaf etmiş ölkələr içərisində yükəsk rifah ölkəsi hesab edilir, korrupsiya və yoxsuluq mövcud deyil.
Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, 2020-ci ilin hesabatına görə Finlandiya xoşbəxt öıkələr içərisində üçüncü dəfə birinci elan edilmişdir. Finlandiya da inkişaf etmiş ölkələr içərisində yüksək rifah ölkəsi hesab edilir, korrusiya və yoxsulluq mövcud deyil.
Xoşbəxt ölkələrin birinci və ikinci onluğunda qərarlaşan və mütəmadi olaraq illər üzrə təkrarlanan reytinqlərinə baxarkən bir sıra qanunauyğunluqları müşahidə etmək olur.
Birincisi, həmin ölkələrin hamısı dünyanın inkişaf etmiş ölkələridir və dünyanin siyasi xəritəsində inkişaf etmiş ölkələrin öncülləridir.
İkincisi, BMT tərəfindən hər il dünyada insan inişafı indeksi üzrə hesabat hazırlanır və elan edilir. İnsan inkişafı indeksi üzrə hesabatda da xoşbəxt elan edilmş ölkələr bir qayda olaraq birinci və ikinci onluqda qərarlaşırlar.
Üçüncüsü, xoşbəxt elan edilmiş ölkələrin xarakterik cəhətləri ondan ibarətdir ki, həmin ölkələr demokratik rejimə malikdir, sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, sosial-müdafiə və sosial təminat sistemi güclüdür, insan hüquq və azadlıqlarının real təminatı mövcuddur, korrupsiya və yoxsulluq aradan qaldırlmışdır.
Ona görə də xoşbəxt ölkələrin təcrübəsi və nümunəsi düşündürücü və maraqlıdır. Ümumiyyətlə, ölkələrin inkişafı bir sıra mühüm amillərlə bağlıdır. Buraya ölkənin təbiəti, təbii sərvətləri, coğrafi mövqeyi, əhalinin savadlılığı, xalqın mentaliteti, ictimai-siyasi fəallığı, idarəçilik sistemi aiddir. Tarixdə Qərbi və Şərqi Almaniyanın, hazırda Şimali və Cənubi Koreyanın təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşlarının maddi rifahı və təhlükəsizliyi ölkənin idarəçilik sistemindən daha çox asılıdır. Lakin idarəçilik sisteminin formalaşması və fəaliyyəti ölkə vətəndaşlarının ictimai siyasi fəallığından, siyasi mentalitet və mədəniyyətindən aslıdır. Ölkənin taleyini bu faktorlar həll edir.
Təcrübə gösərir ki, xoşbəxt ölkələrin vətəndaşları siyasi proseslərin müşahidəçisi deyil, fəal iştirakçılarıdır.
Həmin ölkələrin vətəndaşları siyasətə “çirkin” sənət kimi deyil, ölkələrini, özlərini və övladlarını xoşbəxt etmək sənəti kimi baxırlar, hakimiyyətin ənənəvi simasını dəyişərək hakimiyyəti xalqı idarə etmək orqanından xalqa xidmət etmək orqanına çevirməyi bacarmışlar.
Bu yolda vətəndaşlıq fədəkarlığı göstərmiş və göstərirlər.
Onlar təkcə öz ölkələri üçün deyil, dünya üçün də insan hüquq və azadılqalrının, yüksək rifah və təhüləksizliyinin bəraqərar olduğu, korrupisya və yoxsulluğun aradan qaldırldığı ölkələrini cazibə mərkəzi kimi yaratmışlar.
Ona görə də onların vətəndaşlıq fədəkarlığı da böyük təcrübə və nümunədir.
Tarix: 27-09-2021, 22:01
Xəbəri paylaş





Xəbər lenti