Ölkənin həllini tələb edən çöx böyük problemləri var


Ekspert Şahin Cəfərli
Birinci və ikinci Qarabağ savaşlarının bütün qəhrəmanlarını (şəhid, yaralı, iştirakçı) dərin ehtiramla anıram.
Bir il əvvəlki müharibədə əldə edilmiş nəticələr tarixi nailiyyətdir – hansı razılaşmaların nəticəsi olduğu və gələcəkdə bu sahədə nə baş verəcəyindən asılı olmayaraq. Kiçik bir ərazidə qeyri-müəyyənlik qalır və bu, artıq bizimlə Rusiya arasındakı dialoqda müzakirə edilib, çözülməli olan məsələdir. Demək istədiyim ondan ibarətdir ki, təkcə bu məsələyə ilişib qalmaq, hər gün, hər dəqiqə “Qarabağda nə baş verir, nə olacaq, necə olacaq” deyə yenə yeganə problemimiz bu imiş kimi digər milli hədəfləri unutmaq bizə zaman itirməkdən başqa heç nə qazandırmayacaq. Bu, ən çox dövləti idarə edən və idarə etməyə iddialı olan siyasətçilərə aiddir.
  • Azərbaycanda çox ciddi yoxsulluq və işsizlik problemi var;
  • Azərbaycanda təhsilin səviyyəsi ilə bağlı çox ciddi problemlər var;
  • Azərbaycanda xalq sağlığı – səhiyyə sahəsində çox ciddi problemlər var;
  • Azərbaycanda çox ciddi sosial ədalətsizlik mövcuddur, vətəndaşlar üçün qeyri-bərabər imkanlar, qeyri-rəsmi olaraq kastalara bölünmüş cəmiyyət var;
  • Azərbaycanda çox ciddi siyasi problemlər var, xalq aşağıdan yuxarı seçkili hakimiyyət orqanlarını seçmək hüququndan məhrumdur, əsas problemlərimizin müzakirə edilməli olduğu parlament xalqdan qoparılmış və ictimai güvənin sıfır olduğu təyinatlı instituta çevrilib, ölkədə demokratik institutların inkişafı əngəllənib;
  • Azərbaycanda çox ciddi mərkəzi və yerli idarəçilik sistemi problemi və onun yaratdığı korrupsiya problemi var;
  • Azərbaycanda insan hüquq və azadlıqları, söz, ifadə azadlığı ilə bağlı ciddi problemlər var, Konstitusiyanın bununla bağlı 2-ci Bölmə, 3-cü Fəsli yerinə yetirilmir və s…
Bunların hamısı ölkənin 1 saylı milli məsələləridir.
Bu gün Qarabağ torpaqlarının kiçik bir hissəsində Rusiya əsgərlərinin olması bu problemlərin həllinə əngəl deyil. Rusiya və digər xarici dairələr bizə bu probemlərin həllini qadağan etməyib. Amma çox təəssüf ki, ölkədə aparılan siyasət sadalanan probemlərin həlli ilə bağlı ümidli olmağa əsas vermir.
Müxalifət, müstəqil vətəndaş cəmiyyəti və müstəqil media qurumları, o cümlədən sosial media məhz bu problemləri hər gün qabardıb, gündəmdə saxlamağa çalışmalıdır. Əminəm ki, xalq da bunu istəyir və gözləyir.
Tarix: 27-09-2021, 22:12
Xəbəri paylaş





Xəbər lenti