"Mafiyaların və xarici güclərin mübarizəsi getdiyindən Ermənistanda vəziyyət qarışıqdır"



“Ermənistan gözləmədiyi halda böyük məğlubiyyətlə üzləşib, buna da uyğunlaşa bilmir...”
 
“Aydın məsələdir ki, Ermənistan gözləmədiyi halda böyük məğlubiyyətlə üzləşib. Hələ də nə erməni cəmiyyəti, nə də hökuməti yeni yaranmış şəraitə uyğunlaşa bilməyiblər. Təbii ki, aldıqları böyük zərbənin ağrıları indi-indi hiss olunmağa başlayıb”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. S.Əkbər Ermənistanda daxili və siyasi mübarizə getdiyini bildirib:
 
“Ona görə də erməni cəmiyyətində hələ uzun illər müharibənin məğlubiyyətlə nəticələnməsinin səbəbkarları Ermənistan yeni bir nailiyyət əldə edənə qədər axtarılacaq. Biz bunu öz təcrübəmizdən də görmüşük və bütün cəmiyyətlərdə də belədir. Heç kim məğlubiyyətə sahib durmur, həmişə məğlubiyyət yetim qalır. Erməni cəmiyyəti bu acı məğlubiyyətlə üzləşib və bir-birini ittiham etməyə başlayıblar. Üstəlik, burda həm daxili, həm də siyasi mübarizə gedir. Burda mafiyaların və həm də xarici güclərin mübarizəsi gedir. Ona görə də Ermənistanda vəziyyət qarışıqdır. Yəqin ki, hələ bir müddət buna aydınlıq gəlməyəcək”.
 
Qeyd edək ki, əməkdaşımızın verdiyi xəbərə görə, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və məşhur silah alverçisi David Qalstyan MTX tərəfindən saxlanılıb. Lakin D.Tonoyanın sonradan sərbəst buraxıldığı bildirilir. 

Tarix: 30-09-2021, 22:28
Xəbəri paylaş





Xəbər lenti