Səfir Moldovanın daxili işlər naziri ilə görüşdü

Ölkəmizin Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov Moldovanın daxili işlər naziri Anna Revenko ilə görüşüb.
 
Bu barədə  Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
 
Bildirilib ki, görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
 
Görüşün əvvəlində moldovalı nazir ölkəsinin vətəndaşlarına, eləcə də rəhbərlik etdiyi qurumun əməkdaşlarına, xüsusilə pandemiya dövründə göstərilən dəstəyə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib.
 
Nazir A.Revenko qeyd edib ki, Moldovanın Daxili İşlər Nazirliyi qabaqcıl informasiya texnologiyalarından istifadə etməklə törədilmiş cinayətlərin araşdırılmasında əməkdaşlığı gücləndirmək məqsədilə yeni lahiyələrin icrası, narkotik vasitələrin internet platforması vasitəsilə yayılmasının qarşısının alınması, sərhədlərarası cinayətlərlə mübarizə, eləcə də yol təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlıdır.
 
Öz növbəsində, səfir Q.Osmanov Azərbaycan-Moldova arasında daxili işlər sahəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qarşı tərəfini diqqətinə çatdırıb. Səfir bildirib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında müasir reallıqlar nəzərə alınmaqla yeni əməkdaşlıq müqaviləsi imzalanması və nazirlərin qarşılıqlı səfərinin həyata keçirilməsi sözügedən sahədə təmasların genişləndirilməsində vacibdir.
Siam.az
Tarix: 30-09-2021, 22:36
Xəbəri paylaş





Xəbər lenti