Ermənilərlə görüşən Mehman Əliyev: “Vəziyyət kifayət qədər çətindir”




Qabaqcadan da xəbər verdiyimiz kimi, Gürcüstanda Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Ermənistan hökumətindən nümayəndə olsa da, Azərbaycan hökumətindən kimsə təmsil olunmayıb.


Bakıdan Kaxetiyaya gedənlər arasında politoloq Eldar Namazov və "Turan İnformasiya Agentliyi"nin direktoru Mehman Əliyevin adlarını açıqlamaq olar.

Mehman Əliyev "YouTube" kanallarından birində (düzdanışaq) müxtəlif mövzulu sualları cavablandırarkən ermənilərlə görüşdən də bəhs edib:

"Bizdən hökumət nümayəndəsi iştirak etməliydi, ancaq gəlmədi. Ermənistan tərəfdən isə Paşinyanın, baş nazir kabinetindən nümayəndə vardı. Müzakirələr əsasən münaqişədən sonrakı durum, problemlərin həlli yoları, kommunikasiyaların açılması, bir araya gəlmək və s. mövzularda gedir. 
Görüşlərin ikinci günündə Gürcüstan təmsilçiləri də olub və Cənubi Qafqazda 3 dövlət arasında birlik yaradılması kimi məsələlər ətrafında danışılıb. Danışıqlar da göstərir ki, vəziyyət kifayət qədər çətindir".

 
Tarix: 2-10-2021, 18:15
Xəbəri paylaş





Xəbər lenti