28 May qeyri-iş günü, 18 Oktyabr iş günü olacaq



Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.
 
Pravda.az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı deyib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
 
Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
Tarix: 15-10-2021, 14:51
Xəbəri paylaş





Xəbər lenti